Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fidel, ABŞ və təzminat...


XX əsrin ən xoşbəx taleyinin sahibi saydığım əfsanəvi Fidel Kastro avqustun 13-də 89 yaşını qeyd etdi


Elə həmin gün Kubada çıxan “Cuba Debate” qəzetində Komandantenin növbəti yazısı dərc olundu. Yazı “Reallıq və arzular” adlanır.

Orada Fidel ölkəsini yarım əsrdən çox müddətdə blokadada saxlamış ABŞ-la son münasibətlərə toxunur. Əvvəlcə tarixə ekuskurs edir, II dünya müharibəsindən hamının zəifləyərək, ABŞ-ın isə kökələrək çıxdığına diqqət çəkir: “ABŞ ərazisi və sənayesi hərbi əməliyyat zonasında kənarda idi, odur ki, digər dövlətlər nəhəng insani və maddi itkilər verdiyi, sənayeləri dağıldığı, insanları aclıq keçirdiyi bir vaxtda ABŞ müharibə nəticəsində ən varlı və əla silahlanmış dövlətə çevrildi”.

Dünyanın az qala bütün qızılı ABŞ xəzinəsində toplandı.

“Hazırda ABŞ-ın qızıl ehtiyatları 8133,5 tondur. Buna baxmayaraq, onlar Bretton-Vudsda götürdükləri öhdəliklərdən birtərəfli qaydada imtina etdilər” - Fidel yazır.



O, ABŞ-ı blokada müddətində Kubaya vurduğu ziyanı kompensasiya etməyə çağırır: “Həmin ziyan on milyardlara dollarla ölçülür və bu barədə biz BMT-də dəfələrlə bəyan etmişik”.

Fidel inanmaq istəyir ki, ABŞ-la münasibətlərin normallaşmağa başladığı indiki dövrdə “yankilər” bu addımı atmalıdırlar: “Kubanın Kommunist Partiyası və hökuməti hesab edir ki, ABŞ xoş məram göstərərək bu addımı atmalıdır”.

Əlbəttə, Fidel realistdir və hətta Monkadaya ümidsiz yürüş edən zaman xəyalpərvər görünəndə də onun addımı rasionallıqdan və realizmdən xali deyildi. Monkadadan sonrakı məhkəməsində “Tarix mənə bəraət verəcək” demişdi.

Elə də oldu. Ancaq hətta “barbudolar”ın avantürizm kimi görünən o mübarizə illəri ilə müqayisədə belə, Komandantenin “qusanoslar”ı bəsləmiş yankilərin kompensasiya ödəyəcəyinə ümid bəsləməsi onun uzun ömünün ən utopik addımı deyil ki?!

Yox. Fidel bilir: yankilər bir sent də ödəməyəcəklər. Bu, həmin dövlətdir ki, yaponlara Xirosima və Naqasakiyə, İndoneziyaya 1 milyon kommunistin qətlinə görə quruca üzrxahlıq belə etmədi.

Əlbət, Fidel bunları bilir və unutmur. Sadəcə məqaləsində təzminat məsələsini qaldırmaqla bir daha vurğulamaq istəyir: kubalılar blokadanı da, onun gətirdiyi saysız-hesabsız fəlakət və çətinlikləri də, bunların baiskalarını da unutmayıb. Və ABŞ-da da unutmamalıdırlar ki, Kubada unutmayıblar. Yəni indi başlanan “istiləşmə” vertikal yox, horizontal münasibətlər üstündə qurulur - göz-gözə baxılmalıdır. Yaxud kimsə yuxarıdan aşağıya baxmalıdırsa, bu yuxarıda kubalılar olmalıdır. Onlar ABŞ-a heç bir pislik etməyib, onlar ABŞ-dan onillər boyu pislik görüb.

Fidel bunları xatırladır və ABŞ-ın əməllərində “xoş məram” kəlməsinin olmadığını ondan daha yaxşı kim bilə bilər ki?!

***

Üstəlik, presedentlər də var. Məsələn, Nikaraquada sandinistlərin hökuməti oxşar məsələni hələ 1984-cü ildə qaldırmışdı və BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etmişdi. Axırı nə oldu? Xatırlayaq.

Sandinistlər hakimiyyətə 1979-cu ilin iyulunda, vaxtilə ABŞ prezidenti Teodor Ruzveltin “öz köpək oğlumuz” adlandırdığı qatil və sifilitik Somosanın balaca oğlu Anastasio Somosanı inqilab yolu ilə devirərək gəlmişdilər.



2 il sonra ABŞ-ın yeni prezidenti aktyor Reyqan sandinistlərə qarşı silahlı bandalar hazırladaraq, maliyyələşdirərək və silahlandıraraq Nikaraquaya yollamağa başladı. “Kontraslar” adlanan o bandalar yeni marksist hökumətin əleyhinə illərlə vuruşaraq on minlərlə insanı qətlə yetirdi.

Həmin dövrdə Reyqan kameralar qarşısına üzərində “Mən - kontrasam” yazılmış köynəklə çıxdı. Məşhur “İrangeyt” işi də elə kontrasları maliyyələşdirmək üçün düşünülmüşdü (yəni ABŞ İsrail vasitəsilə İrana silah sataraq əldə olunan məbləği “kontraslar”ın maliyyələşdirilməsinə yönəldirdi).

Nəhayət, 1984-cü ilin aprelində sandinistlər BMT Beynəlxalq Məhkəməsinə müraciət edirlər. “Nikaraqua ABŞ-a qarşı” adlanan məhkəmə prosesinə start verilir və 2 il ərzində Vaşintonun “kontras”ı maliyyələşdirməsinin və sonuncuların Nikaraquada törətdikləri çoxsaylı cinayətlərin faktları nəzərdən keçirilir.

Qərar 1986-cı ildə elan olunur - ABŞ Nikaraquaya 17 milyard dollar məbləğində təzminat ödəməlidir. “Demokratiyanın dayağı”nın balaca Nikaraquanın marksist hökumətini devirməyə yönəlmiş siyasətinin vurduğu ziyan bu məbləğlə ifadə olunur.

Bəs ABŞ nə edir? Heç nə etmir. 1 sent də ödəmir. Halbuki, BMT Beynəlxalq Məhkəməsinin qərarları tövsiyə yox, məcburi xarakter daşıyır. ABŞ isə nəinki təzminat ödəmir, əksinə, əks-inqilabçı bandalara dəstəyini bundan sonra da davam etdirir.  Üstəlik, təkcə silahlı dstələrə yardım ayırmır, həm də Konqres “Nikaraquada demokratiyanın inkişafı üçün” müxtəlif siyasi partiyalara və “vətəndaş cəmiyyəti”nə pul ayırmağa başlayır.

Bu sonuncu taktika daha effektiv olur - sandinistlər 1990-cı ildə demokratik seçkilərə gedirlər və ABŞ-ın maliyyələşdirdiyi burjua namizədi - xanım Violetta Barrios-i-Çamorra qalib gəlir (onun ərini Somosa öldürtmüşdü, bir oğlu sandinist idi, digər oğlu isə “kontras”).

Xanım Violetta hakimiyyətə yiyələnən kimi öz patronlarına təşəkkür etməyi unutmadı: 1991-ci ildə BMT Beynəlxalq Məhkəməsinə onun imzası ilə məktub daxil oldu. Bu məktubda yeni prezident Nikaraquanın ABŞ-a qarşı təzminat iddiasından imtina etdiyini açıqlayırdı. Diqqət edin: artıq bitmiş, qərar çıxarılmış prosesdən imtina edilirdi! Yeri gəlmişkən, məhkəmənin nizamnaməsinə görə, bu cür müraciətin hüquqi qüvvəsi yoxdur. Yəni ABŞ təzminatı ödəməlidir.

Həmin məhkəmə qərarından sonra ABŞ bu Beynəlxalq Məhkəmənin qərarlarının məcburi xarakter daşımasını qəbul etməyəcəyini bildirdi. Yəni nə istəyirsiz edin, BMT-nin qərarı sadəcə gərəksiz kağız parçasıdır.

İndi Nikaraquada yenə də sandinistlər hakimiyyətdədir. Onlar həmin 17 milyard dolların məsələsini təkrar qaldırmaq fikrindədirlər. Əlbəttə, yenə fayda olmayacaq: ABŞ öz xeyrinə olmayan istənilən qərarı tanımamaqda israrlıdır. Bu, Vaşinqtonun siyasətinin ayrılmaz hissəsidir. Görünür, beynəlxalq qanunlar zəiflər üçün yazılıb...

Məmməd SÜLEYMANOV(virtualaz.org)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar