Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fil boyda dərdimiz


Raminə Eyvazqızı yazır


Ötən il Gürcüstandakı sel faciəsi Tiflis zooparkını aparanda hamımız heyvanların it-batına, ölümünə də təəssüflənmişdik. Amma bir ay keçmədi ki, Tiflis meri Heyvanat parkını yenidən dirçəltdi. Bizim də dədə-baba yadigarı zooparkımız var. İllərdir, şəhərimizin tozlu, çirkli qazla zəngin havasıyla tək biz yox, o binəva heyvanlar da nəfəs alır. Bəlkə də dünyada tək bizim zooparkdır ki, paytaxtın göbəyində yerləşir. Axı niyə?

Şəhərdən kənarda otbasmış, Afrika çöllərini xatırladan o qədər yer var ki, bu heyvanlara şəhərin mərkəzində niyə belə zülm olunur? Hərdən adama elə gəlir ki, bizim ölkədə zooloq, bioloq yoxdur. O boyda müvafiq ali , akademik müəsisələr hüzrə düşüb elə bil. Görəsən, bu kəslər ildə bir dəfə Bakı Zooparkına baş çəkirlərmi? Orda büzüşmüş çaqqalı, şirliyini təhvil vermiş aslanı, gözünü döyən ayını müşahidə ediblərmi?

Zoopark rəhbərliyi, Azər müəllimlik heç bir iş yoxdur. O boyda heyvanın vəziyyəti, yemi ilə bir neçə adamın məşğul olması bu zamanada böyük işdir. Məsələ ondadır ki, az əvvəl ölkə rəhbərinin göstərişi ilə Qobuda yeni zoopark salınmalı idi. Bunun üçün H. Əliyev fondundan 2,85 milyon manat da ayrılmışdı. Müvafiq nazirlikdə işçi qrupu da yaradılmışdı. İndi zooparkın ərazisi 4,5 hektardır.

Bu misal üçün, AZAL rəhbəri Cahangir Hacıyevin İsmayıllıdakı qolf meydançasının cüzi bir hissəsi qədər də deyil. Yeni zooparkın sahəsi indikindən qat-qat böyük olmalıydı, hələ ki, ola bilmir. Təxminən 3 ilə yaxındır, köçürülmə söhbətləri gedir, çifayda. Ceyranbatan ərazisindəki layihədən, nə də pullardan xəbər yoxdur.

Bizim dərdimiz tək yekə Zoopark yaratmaq deyil. Bəzi insanlara heyvanlarla davranış kursları da təşkil olunmalıdır. Çünki bugünün özündə Zooparkın hər yerində “heyvanı yemləməyin” qadağası qeyd olunsa da, kimin əlinə nə keçdisə, heyvanlara verir. Dəfələrlə olub ki, ölmüş heyvanın mədəsindən selofan, kağız çıxarılıb. Heyvana dondurma verən ziyarətçi heyvanların şəklini çəkib, qeyd edir ki, filan heyvan açından ölür. Məgər tox adamın özü dondurmadan imtina edə bilərmi?

Yaxud, qaynanasına hirsini meymunu hirsləndirməklə çıxaran qadınlar var. Əl qərəz, Zooparkımız heyvanları qanmaz ziyarətçilərdən qorumaq missiyasını da yerinə yetirir. Əvvəllər, Zooparka sərin aylarda gedərdim, yayda qoxudan dayanmaq mümkün olmurdu. Kanalizasiya xətti düzələndən sonra qəfəslər yuyulur. İnsafən heyvan baxıcılarının əziyyətini yerə vurmaq olmaz. Əgər bu gün şir çəkisini azaldıbsa, bu aclıqdan yox, heyvanın yerinin dar olmasından, darıxmasındandır. Zoopark heyvanları ciddi depressiyadadır. Misal üçün, timsahın yeri, varlımızın hamamının dörddə biri qədərdir. Qəfəsində o baş-bu başa vurnuxan canavarlar bir-birinə dəyəcək qədər darısqal yerdədirlər.

Oğlumla Zooparka ilk ziyarətimiz olanda fili görmədiyindən ağlamışdı. Bu gün də quruda ən iri heyvan olan fili görmək arzusuyla yaşayırıq. Məmləkətimizdə maraqlı heyvanlardan olan zürafə də tapılmır. Bir vaxtlar delfinariya yaradılmışdı. Çoxu delfinləri izləmək üçün bilet ucuzlaşacaq deyə səbr etdi, necə oldusa, maraqlı obyekt bağlandı. Delfinlər də özəlləşdirildi, hansısa yekə kişilərin bağ hovuzlarına deportasiya olundu.

Bu boyda ölkəmizdə bir dənə filin olmaması da məəttəl qalınası işdir. Bu məneənin səbəbi bəlkə də özünü quruda ən böyük canlı kimi görmək istəyən-insanın işidir. Adamın tez-tez peykdən Vətəninə baxmağı gəlir. Hansısa yekə kişi nəvəsi üçün fil də gətirdib, xəbərimiz yoxdur. Bir gün hansısa villa həyətin üzü yola fil qaçsa təəccüblənmərəm də. Çoxu elə bilir ki, dövlətimizin bir fil almağa gücü yoxdur. Ən əvvəl bir çüt filin yeri böyük sahə olmalıdır, indiki zoopark ərazisi qədər. Onu almaq üçün pul lazım deyil. Çünki dəfələrlə ölkəmizə Hindistandan fil hədiyyə olunub, sadəcə gətirən yoxdur. Başqa sözlə, filin bilet pulunu təşkil etmək lazımdır ki, bu da hava məkanına hökmdar kəsilənin boynuna düşür.

Bir məşhur amerikalı şoumen vardı. Filləri ABŞ-ın bir ştatından o biri ştatına daşımaq üçün öz illik maaşından keçmişdi. Nə var fillər qatarla əziyyət çəkib yol getməsin, təyyarə ilə səfərə çıxsın. Ah bu heyvan sevgisi.... Heyvan üçün göz yaşı tökənlər ölkəsinə çevrilməyimiz üçün əsrlər gərəkdir. Bəlkə bu bizə heç lazım da deyil?! (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar