Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Filmlərimizdə açıq-saçıq səhnələr


“Keçmiş davamedici zaman” layihəsində:


Axar.az-ın “Keçmiş davamedici zaman” layihəsinin budəfəki qonaqları xalq artisti Afaq Bəşirqızı və gənc aktrisa Günel Məmmədovadır.
 
Layihənin növbəti sualı belə oldu:
 
Filmlərdə, seriallarda açıq-saçıq səhnələrdə çəkilmisinizmi və ya belə bir təklif almısınızmı? Ümumiyyətlə, necə baxırsınız buna? Təklif olunsa, çəkilərdinizmi? Açıq-saçıq səhnələrə çəkilməyin müsbət və mənfi tərəfləri nədir?
 
Xalq artisti Afaq Bəşirqızına görə, açıq-saçıqlıq yalnız bir halda qəbul oluna bilər:
 
“Bizim açıq-saçıq səhnələr olan filmlərimiz var, məsələn, “Təhminə” filmi. Amma hər şeyi nəzərə almaq lazımdır. Biz öyrəşməmişik də. Elə gözəl filmlərimiz olub ki, biz orda açıq-saçıq səhnələr olmadan keçinmişik. İstisnalar var, təbii. Aktyor ustalığından, ona olan hörmətdən çox şey asılıdır. Aktyor elə olmalıdır ki, o cür səhnələr olsa belə, bu, sırf onun oyunu kimi həzm olunsun. Bir türk serialı var – Karadayı. O serialda “Min bir gecə” serialından tanıdığımız aktrisa Bərgüzar Korel aktyor Kənan İmirzalıoğlu ilə çox açıq-saçıq idi. 32-ci seriyada daha çox açıq-saçıqlıq vardı. Mən saytlarda oxudum ki, qınaq daha çoxdur, nəinki rəğbət. 

Mənə elə gəlir ki, rejissorlar bizim filmləri Qərb filmləri – Maykl Duqlasın filmləri kimi çəkməməlidirlər. Açıq səhnələri eyhamla və ya başqa vasitəylə əvəz etməlidirlər. Bu yaxınlarda teatrlarımızın birində bir tamaşa da nümayiş olundu ki, bu da çox sensasiya yaratdı. Öz müəlliməsinə zorakılıq tətbiq edən şagirddən bəhs edir. Həmin səhnələrin qabarıq verilməsi yaxşı qəbul olunmadı. Mən o tamaşanın birinci versiyasına baxmışam, amma ikinci versiyasına yox. Rejissor və aktyor ustalığından çox şey asılıdır, əsasən də rejissordan. Açıq-saçıqlıq qəbul olunan bir şey deyil. Yəni mən də bu xalqın nümayəndəsiyəm, başa düşürəm, bu oyundur, amma məni buna inandırmaq lazımdır”.
 
Gənc aktrisa Günel Məmmədova açıq-saçıq səhnələrə çəkilməyin ancaq mənfi tərəflərinin olması fikrindədir:
 
Azərbaycanda istər filmlər, istərsə də seriallar müəyyən bir çərçivədə çəkilir, yəni bizim filmlərdə xarici filmlərdəki kimi açıq-saçıqlıq yoxdur. Təbii ki, mentalitetdən irəli gələn bir şeydir. Çəkilirsə də, Azərbaycanda nümayiş olunmur. Bizdə açıq-saçıqlıq maksimum “öpüşməkdən” ibarətdir. Mən nəinki lap açıq-saçıq səhnələr, öpüşmək səhnələri olan ssenarilərdən belə imtina eləmişəm. Amma elə ssenarilər də olub ki, yataq səhnələri rejissor tərəfindən başqa cür həllini tapıb. 

Mənim filmoqrafiyamda olan, italyan rejissor Andre Badalonun “Sevgi haqqında” və gürcü rejissor İrakli Akapidzenin “Həyat çiçəyi” serialında yataq səhnələri əvəz olunmuşdu, ancaq rejissorlar istədikləri mənanı verə bilmişdilər. Həm də məncə, əsas öpüşmək, soyunmaq deyil – əfsuslar olsun ki, rejissorlarımızın əksəriyyəti müasirlik xətrinə lazım oldu-olmadı belə səhnələrə üstünlük verirlər. Əgər hər hansı bir situasiya bunu tələb etmirsə, məcburi deyilsə, onsuz da keçinmək olar. Açıq səhnələrə çəkilənlərə də normal baxıram. Bu, individual bir baxışdır. Hansısa aktrisanı və ya aktyoru mühakimə etməyə heç kimin haqqı yoxdur. 

Mənə həmişə qəribə gəlib ki, biz əcnəbi seriallara, filmlərə baxanda orda hər cür açıq-saçıq səhnələr olduğu halda bunu normal qəbul edirik, bu bizi narahat etmir, amma öz aktyorlarımız həmin rolu oynayan kimi damğa vururuq. Çox acınacaqlı haldır. Mən indiyə kimi açıq-saçıq səhnələrə çəkilməmişəm, hətta elə proyektlərim olub ki, mənə çox uğur gətirə bilərdi, lakin imtina etmişəm. Çünki nəzərə almalıydım ki, mən Azərbaycanda yaşayıram, mentalitetim nəyi tələb edir, dinim və əhatə olunduğum cəmiyyət hansıdır. Əfsuslar olsun ki, bizdə oynadığın obrazla sənin şəxsiyyətini səhv salırlar və bu, böyük problemdir. Açıq-saçıqlığın Azərbaycanda yalnız mənfi tərəfləri ola bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar