Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fitrə pulu necə hesablanır?


İyulun 29-u Ramazan bayramıdır


Bir gün əvvəl isə bayram axşamıdır. 

İslam qaydalarına görə, bayram axşamı müsəlman evindən fitrə pulu çıxarmalıdır.

Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşına fitrə pulunu 5 manat müəyyən edib. Fitrə pulunun qədəri necə müəyyən edilir?

“Media forum” saytının sualını cavablandıran ilahiyyatçı Elşən Mustafaoğlu Ramazan ayının sona çatması münasibətilə verilən fitrə zəkatı haqda bunları deyib: “İslama görə, Ramazan ayının bitməsi Fitr bayramı ilə qeyd olunur. Bayram günündə imkanı çatan hər müsəlman özü və öhdəsində olan şəxslər üçün fitrə zəkatı verir, bununla bayram sevincini ehtiyaclı ailələrlə də paylaşmış olur. “Quran”ın 30 ayəsində zəkatdan söz açılır, bu ayələrdən bir neçəsində Allah zəkat verilməsini əmr buyurur. Məsələn, Nur surəsinin 56-cı, Müzzəmmil surəsinin 20-ci, Mücadələ surəsinin 13-cü ayələrini göstərmək olar. Bununla bərabər bir çox digər ayədə də sədəqə və infaq, yəni Allah yolunda malından-pulundan xərcləmə, ehtiyaclılara əl tutma, yardım etmə haqda buyurulur.

Fitrə zəkatının vacibliyini Məhəmməd peyğəmbər hicri 2-ci ildə, Ramazan ayı bitdikdə oxuduğu xütbə zamanı buyurub. Peyğəmbər və imamlardan nəql edilən rəvayətlərdə, hədis toplularında fitrə zəkatının önəmi qeyd edilib. Rəvayətlərdən birində İmam Cəfər Sadiq buyurur: “Namaz bitdikdə peyğəmbərə salam deyildiyi kimi, orucluq da sona çatdıqda fitrə zəkatı vermək lazımdır”. Başqa bir rəvayətdə deyilir: “Kim orucunu yaxşı söz və yaxşı əməllə başa vursa, Allah onun orucunu qəbul edər”. Bu zaman imamdan soruşulur: “Yaxşı söz və yaxşı əməl hansıdır?” İmam cavabında buyurur: “Yaxşı söz  kəlmeyi-şəhadət, yaxşı əməl isə fitrə verməkdir”.

Fitrə zəkatı Ramazan ayının son günündə, axşam azanından sonra ayrılır və səhərisi, yəni Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırılır”.

İlahiyyatçı bildirir ki, fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən ərzaq növlərindən – buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalıdan adambaşına 3 kiloqram olmaqla hesablanır: “Ailə başçısı bu miqdarda ərzağı və ya dəyərinə uyğun məbləği özü, öhdəsində olan şəxslər üçün fitrə zəkatı ayırıb ödəməlidir. Bu gün adambaşına düşən fitrə zəkatının minimal həddi təxminən 1 manat 50 qəpik hesab edilə bilər. Yəni 4 nəfərdən ibarət ailə cəmi 6 manat fitrə zəkatı verməlidir. Əlbəttə, imkanı olan şəxs istəyərsə, bundan daha artıq məbləğ də verə bilər. Fitrə ehtiyaclı şəxslərə verilməlidir. Maddi vəziyyəti pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar