Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fobiyalardan xilas olmağın yolları


İlqar Rəsul:


Fobiya özünü kəskin büruzə verən, davamlı qorxudur. Müəyyən situasiyalarda qarşısıalınmaz dərəcədə kəskinləşən və məntiqi izahı olmayan qorxu. Fobiyanın güclənməsi nəticəsində insan müəyyən obyektlərdən, fəaliyyət növlərindən və situasiyalardan qorxur, onlardan qaçmağa çalışır.
 
Psixiatriyada fobiya bu və ya digər qıcıqlandırıcı hesabına qorxunun patoloji həddə çatması kimi dəyərləndirilir.
 
Fobiyanın xeyli növləri var və onların sırası zamanla daha da genişlənməkdədir. Xüsusilə internetin meydana gəlməsi insanlarda yeni fobiyalar yaradıb. Ən çox yayılmış fobiyalar sosial fobiyalardı.  Dünyadakı insanların 20 faizi məhz sosial fobiyalardan əziyyət çəkirlər. Yüksəklik, tünlük, məclislərdə söhbətə qatılmaq qorxusu, gənclərin əks cinsə yaxınlaşması qorxusu, sosial şəbəkədə ismarıcına cavab verilməyəcəyi qorxu bu fobiyaların ən geniş yayılmışlarındadır.
 
Çalışın fobiyanızın üzərinə gedin. Məclisdə söhbətə qatılmaqdan qorxduğunuzu hiss etdinizsə, mütləq qatılın, əks cinsin nümayəndəsinə yaxınlaşıb hissinizi, yaxud hansısa fikrinizi, lap elə dərdinizi deməkdən çəkindiyinizi hiss etdinizsə, dərhal yaxınlaşın və deyin. Eləcə də sosial şəbəkədə çəkinmədən ismarıc yazın haqqında çox düşündüyünüz adama. İnanın ki, üzləşəcəyiniz hətta ən acınacaqlı nəticənin mənfi təsiri belə daim bu qorxu ilə yaşamaqdan daha az zərərli olacaq.
 
Sevda Sultanova:
 
“Elə bir dövrdə yaşayırıq ki, kimdəsə hər hansı fobiyanın olmaması təəccüb doğurardı.  Fobiya təbii ki, subyektiv, individualdır, yəni insandan insana dəyişir. Amma  kütləvi fobiyalar da var: terror, müharibə, xəstəliklər və sair.
 
Fobiyaların mənbəyi bilinmir, deyildiyinə görə onlar bəzən doğuşdan, bəzən də təcrübə ilə  qazanılır. Amma fobiyanın dəqiq izahı yoxdur, ona görə də fobiyanı irrasional adlandırırlar. Hər halda bu fobiyalardan çıxış yolu, uzaqlaşmaq, müalicə mümkündür. Hətta homofobiya kimi bəzən kütləvi xarakter alan fobiyalardan da qurtulmaq olar. Amma təəssüf ki, terror kimi fobiyalardan qurtulmağın resepti yoxdur”.
 
Cavid Zeynallı:
 
Fobiya və qorxu mənşəcə eyni mənanı ifadə etsələr də praktiki olaraq fərqli anlayışlardır. Yəni qorxu mahiyyət olaraq daha böyük mənanı ifadə edir. Fobiya tez-tez müşahidə edilirsə, nevroza çevrilir və bu artıq xəstəlik kimi xarakterizə olunur. Müxtəlif və maraqlı fobiyalar var: məsələn, pelidofobiya  keçəllərdən qorxmaqdır. Alektrofobiya toyuqlardan qorxmaqdır. Bundan başqa rəqəmlərdən qorxma da mövcuddur. Məsələn, bəzi adamlar 13, 666 rəqəmlərinin uğursuzluq gətirdiyinə inanır.
 
İnsan fobiyalardan əziyyət çəkirsə, bunun əlamətləri müxtəlif olur. Tutalım, baş gicəllənməsi, tərləmə, titrəmə, təngnəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi və s.
 
Ümumiyyətlə, fobiyanın ən çox rast gəlinənləri liftdən, təyyarədən, yüksəklikdən, tünlükdən, təklikdən, heyvanlardan qorxmaqdır. Bu xəstəliyə çevrilərsə müalicəsi dava-dərmanla yox, psixoterapiya ilə mümkün ola bilər. Düşünürəm ki, fobiyaların yaranması mütləq şəkildə uşaqlıq travmaları ilə bağlıdır.
 
Səbinə Bayramova - psixoloq:
 
Yunancadan dilimizə keçən "fobiya" sözü qorxu, təşviş anlamını verir. Inkişaf edən cəmiyyətimiz təəssüf ki, təbiətdən təcridə doğru gedir. Nəticədə insanlar bir çox canlılardan və təbii hadisələrdən uzaq düşürlər ki, bu da insanlarda fobiyalar yaradır. Fobiyaları bir neçə kateqoriyalara bölmək olar: sağlamlıqla əlaqəli fobiyalar; təbiət qüvvələri ilə əlaqəli fobiyalar; heyvan və həşəratlarla əlaqəli fobiyalar; müəyyən əşyalarla və hərəkətlərlə əlaqəli fobiyalar; sosial vəziyyətlə əlaqəli fobiyalar və s. Qeyd edim ki, "fobiya" ilə "qorxu"nu eyniləşdirmək olmaz. Qorxu yerində olduğu müddətdə normal bir hissdir və bizi refleksiv davranışlara sövq edə bilir, həyata bağlayır, fobiya isə bir situasiya qarşısında lüzumsuz, məntiqdən kənar narahatlıqdır, təşvişdir. Tərləmə, titrəmə, əzələlərdə gərginlik, ağızda quruma və s. kimi simptomlarla xarakterizə olunur. Bu əsasən uşaq ikən ailədə yaşanan narahatlıqların, təşvişlərin təsirindən qaynaqlana bilir. Bu səbəbdən ailədə uşaq varsa, davranış və reaksiyalarımıza xüsusi diqqət etməliyik. Fobiyadan əziyyət çəkən şəxslər isə onu yenmək üçün ilk növbədə fobiyaları ilə üzləşməlidirlər, əgər bunun öhdəsindən gəlməkdə çətinlik çəkirlərsə, mütləq mütəxəssisə müraciət etməlidirlər. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar