Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Formula 3-də dəhşətli qəza - Video


Bu gün Şpilberqdə Red Bull Rinqdə keçirilən Avropa F3 çempionatının birinci yarışında təhlükəli qəza olub


PİA.Az F-1.az-a istinadən xəbər verir ki, Avstriya trasında Kallum İlottun qalib gəldiyi yarışda Rayan Tveter, Çji Li Konq və Pedro Pike təhlükəli qəza yaşayıblar və yarış qırmızı bayraqlarla dayandırılıb.
 
Yarışın bitməsinə 7 dəqiqə qalmış, Tveterin bolidi yerində fırlanlb və çınqıllı sahəyə çıxaraq trasa qayıdıb. Tveterin bolidi trasa qayıtdıqdan sonra mühərriyi dayanıb, maşının arxasında isə qatı toz dumanı əmələ gəlib.
 
Bu vaxt arxadan gələn Çji Li Konq və Pedro Pike gərgin mübarizə apardıqları üçün heç nə görmədikləri üçün hər ikisi növbə ilə Tveterin bolidinə çırpılıblar. Li Konqun bolidi çırpılmadan sonra göyə uçaraq bir neçə dövrə vuraraq yerə zərblə düşüb.
 
Qəza edən bütün sürücülər tibbi mərkəzə aparıblar. Bəzi yoxlamalardan sonra məlum olub ki, Pike yaralanmayıb. Tveter isə, az da olsa yaralanıb. Çji Li Konq isə bir müddət huşunu itirsə də, sonradan özünə gəlib. Sürücünün başından və belindən yaralanması ehtimal olunduğu üçün helikopterlə xəstəxanaya aparılıb.
 
Tveteri isə sonradan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar, amma onun vəziyyəti barədə hələ də dəqiq heç bir şey deyilməyib…



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar