Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi müşavirə keçiribdir - Tərtərdə


İyulun 7-də Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Gənclər Mərkəzində “Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonlarda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiya edilməsi məsələləri, dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydaları, su hövzələrində insanların təhlükəsizliyinin təmin edlməsi” mövzusunda müşavirə keçiribdir.


Müşavirədə Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvləri - rayon Polis Şöbəsinin,  GEM-nin, rayon Mərkəzi Xəstəxanasının, TTYS-nın, rayon Təhsil Şöbəsinin, “Azəriqaz” İstehsalat Birliyinin, rayon Elektrik Şəbəkə İdarəsinin nümayəndələri, bələdiyyə və ərazi icra nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, problemlər və onların həlli yollarının müzakirəsi, əhalinin mülki müdafiə sahəsində maarifləndirilməsi işləri, mövsümlə əlaqədar baş verəcək hadisələrin profilaktikası məqsədilə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, FHK-nın sədri Ramiz Şabanov fövqəladə hallarla mübarizə prosesində birgə fəaliyyətin fövqəladə hadisələrin qarşısının alınmasında, xüsusən də nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində müstəsna əhəmiyyətini vurğulaıbdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları nazirliyinin yaradılması zərurəti, Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlar verib,  “Regional mərkəzin inzibati ərazisində əhalinin mülki müdafiə məsələlərinin təşkili” , “Su hövzələrində insanların təhlükəsizliyinin təşkil edilməsi”, “Hansı hallarda 112 Çağrı Mərkəzinə müraciət etməli?” mövzularında çıxışlar ediblər.

 Müşavirədə mövcud problemlərin aradan qaldırılması, gələcəkdə baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşacağı fəlakət riskinin qarşısının alınması istiqamətində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələsinin vacibliyi qeyd edilibdir.

 Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilibdir.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar