Almaniya federal polisi Frankfurt-na-Mayn aeroportunda təxliyə işləri aparır
"Bild" qəzetinin yazdığına görə, buna səbəb kimi partlayış təhlükəsinin olması göstərilir.
Nəşrin məlumatına əsasən, qadın sərnişinlərdən biri yoxlanılarkən metal axtaran aparat işə düşüb, həmin sərnişin isə qaçaraq gizlənib. Nəticədə terminallardan birində təxliyənin aparılması barədə qərar qəbul olunub.
pia.az