Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa. Kale cəngəlliyi. Yatmağa yeri olmayan uşaqlar


Fransa rəsmilərinin düşərgənin boş olması iddialarına baxmayaraq Kaledə "Cəngəllik" adlanan düşərgədə bir neçə yüz miqrant qalıb, - hadisə yerindəki BBC jurnalistləri xəbər verir


BBC-nin Avropa müxbiri Gavin Lee deyir ki, ərazidə 200-ə yaxın kimsəsiz azyaşlı gecələməyə yer tapmır.

Bazar ertəsindən etibarən təxminən 5,600 nəfər düşərgədən qəbulu mərkəzlərinə köçürülüb, hökumət bildirib. Onların sırasına 1,500 müşayət edilməyən azyaşlı daxildir.

Söküntü briqadası köçürülən miqratlar tərəfindən törədildiyi güman edilən yanğınlara baxmayaraq zonanı çadır və sığınacaqlardan təmizlənməyə davam edir.

Pa-de Kalenin prefekti Fabienne Buccio bildirib ki, əməliyyat üçün "missiya həyata keçirilb".

Böyük Britaniyaya çatmaq istəyən ümidsiz sakinlərin yerləşdiyi düşərgə Avropa miqrasiya böhranın əsas rəmzinə çevrilib.

"Save the Children" (Uşaqların Xilas Et) təşkilatından Dorothy Sang bazar ertəsi BBC-yə bildirib ki, yüzlərlə uşaq yetkinlik yaşına çatmayanlar üçün əraziyə nə daxil ola bilib, nə də ki burada qeydiyyatdan keçməyə müəssər olub.

Miqrantlar

Cümə axşamı günü miqrantlar avtobusları gözləyirlər.

"Yanğınlar tüğyan edəndə düşərgə təmizləndi, amma uşaqlar üçün qeydiyyat prosesi bağlandı və konteynerlər dolu idi. Ona görə də, uşaqların gedə biləcəyi yer yox idi", o deyib.
O, əlavə edib ki, bir çoxları qaçıb və onların yeri məlum deyil.

"Bizim missiyamız başa çatıb"

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, Fransa hakimiyyəti "azyaşlılar da daxil olmaqla Kaledəki bütün uşaqlara cavadehdir".

Miqrantlar

"Cəngəllik"-dən ümumilikdə 5,596 nəfər, o cümlədən uşaqlar köçürülüb, Fransa hökuməti deyir.

Xanım Buccio yerli KİV-ə "miqrantların yola düşməzdən əvvəl öz evlərini dağıtmasının əhali arasında ənənə" olduğunu deyib.

Bazar ertəsi təmizləmə işləri zamanı düşərgədə yanğınlar baş verib. Yanğın zamanı bir nəfərin yaralandığı bildirilir.

Düşərgədə təmizləmə əməliyyatı üçün 1,200-dən çox polis əməkdaşı əraziyə yeridilib.
Həftənin əvvəlindən bəri,Fransa hakimiyyəti minlərlə insanı siyasi sığınacaq istəmək üçün sığınacaqlar və xüsusi mərkəzlərə toplayır.

Düşərgədə bazar ertəsi təmizləmə işləri zamanı yanğınlar baş vermilşdi.
Əməliyyat gözlənildiyindən daha sürətlə gedib.

Pa-de Kalenin prefekti Fabienne Buccio deyib ki, "Bu, Cəngəlliyin sonudur, bizim missiyamız başa çatıb. Düşərgədə daha miqrant yoxdur".

"Cəngəllik"-dən ümumilikdə 5,596 nəfər, o cümlədən uşaqlar köçürülüb, Fransa hökuməti deyir.

Onlardan 234 yetkinlik yaşına çatmayanlar ötən həftədən etibarən Böyük Britaniyaya gətirilib.

Düşərgənin təxminəən 6-8 min nəfər sakini olduğu bildirilir. Hakimiyyət ehtiyyat edir ki, onlar təmizləmə əməliyyatı başa çatandan sonra bir daha düşərgəyə qayıdacaqlar.

"Cəngəllik" nədir?

Kale limanının yaxınlığındakı Cəngəllik düşərgəsi La-Manş tunelinin 31 kilometrliyindədir
Düşərgədə rəsmən 7 minə yaxın miqrant yaşayır. The Help Refugees agentliyi bildirib ki, sökülmə əməliyyatı başlayanda ərazidəki insanların sayı 8143 olub.

Düşərgənin sakinlərinin sayı ilin əvvəlində yarıya endirilsə də, sayı artmaqda davam edib və zorakılıq barədə məlumatlar artıb.

Bir çox miqrant La-Manş tunelinə daxil olarkən özlərini yük maşınlarında gizlətməyə cəhd göstəriblər.

Sahədə həm yerli sakinlər, həm də yük maşını operatorları etiraz aksiyaları keçiriblər (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar