Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa mətbuatı Azərbaycandan yazdı


Prezident yanında QHT-rə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində maliyələşdirdiyi “Beynəlxalq Risklərin Analizi və Proqnozu Mərkəzi” tərəfindən Fransanın məşhur “Diplomatiya” jurnalının xüsusi buraxılışı nəşr edilib


Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, jurnalın Azərbaycana həsr olunan geniş məqaləsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində doğma yurd yerlərindən didərgin düşən 1 milyondan çox məcburi köçkün haqqında ətraflı məlumat verilir. Məqalədə qeyd edilir ki, Ermənistan BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və bəyannamələrə məhəl qoymayaraq Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir.

Jurnalda Ermənistan tərəfindən işğal edilmiş rayonlar, məcburi köçkünlərin sıx məskunlaşdıqları müvəqqəti yaşayış əraziləri və keçmiş çadır düşərgələri xəritələrlə Avropa oxucusuna təqdim edilib. Məqalədə həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramına uyğun olaraq yeni salınan yaşayış məntəqələrinə aid məlumatlar və zəngin illüstrasiyalar da verilib.

Xüsusi buraxılışda Xocalı soyqırımını əks etdirən fotolarda yer alıb.

Qeyd edək ki, “Diplomatiya” jurnalı iki ayda bir dəfə 20.000 tirajla çap edilir və Fransa başda olmaqla dünyanın 40 ölkəsində yayılır. Əsas auditoriyası siyasətçilər, alimlər, tarixçilər və ictimaiyyətin digər fəal nümayəndələridir.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar