Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın Qarabağ təşəbbüsü niyə fiasko oldu?


Cəbhədəki “blits-müharibə”dən Qərbin götürəcəyi dərslər də var...


Qarabağ münaqişəsi zonasında bu ayın əvvəllərində baş verən “mini-müharibə”nin uzaqgedən nəticələrini siyasi analitiklər yəqin ki, hələ bir müddət də təhlil edəcəklər. Atəşkəsin bunca genişmiqyaslı pozulması şübhə yox ki, bəzi dərslərin götürülməsinə yardımçı olacaq. Söhbət ilk növbədə illərdir həlli uzanan konfliktin hər an alovlana biləcəyi, status-kvonun qalmasının nə dərəcədə təhlükəli olmasından gedir. 

Bəllidir ki, vasitəçi dövlətlər, ən əvvəl də ABŞAvropa müharibə riskinin aradan qaldırılmasına daha çox səy göstərir. Nədən ki, müharibənin Rusiyanın maraqlarına daha çox cavab verəcəyinin Qərbdə fərqindədirlər. Ötən həftə ABŞ Milli Təhlükəsizlik Şurasının aparıcı ekspertlərindən birinin bu xüsusda söylədiyi fikri də qəribçiliyə salmağa dəymir. Təhlilçi bildirmişdi ki, hərbi əməliyyatlar başlasa, udan böyük ehtimalla, yalnız bir tərəf olacaq - Moskva.

Görünür, bu və başqa səbəblərdən konfliktə cəlb olunmuş Qərb dövlətləri tələsir və Azərbaycanla Ermənistan arasında bacardıqca çox dinc təmas imkanları arayır. Fransa prezidenti Fransua Ollandın Güney Qafqaza səfəri çərçivəsində iki ölkə prezidentlərini Parisdə görüşdürmək təklifi də müstəsna olaraq buna hesablanmışdı. Lakin təşəbbüs iflas oldu və indi aydın olur ki, təkcə bir amilə görə yox, amillər toplusuna görə. 
Məsələ ondadır ki, cəbhədəki son hadisələr və Soçi görüşü hər halda Rusiyanın münaqişə tərəflərinə təsir gücünü göstərmiş oldu, bu təsirin hələ ki, yetərincə ciddi olduğunu ortaya qoydu. Eyni zamanda Kremlin Qərbə ünvanlı, təhdid xarakterli belə bir ismarışını açıq şəkidə ortaya qoydu ki, “Siz uzaqda, mənsə lap yaxındayam, regionun ağası da başqası yox - özüməm”. 

Gerçək ondan ibarətdir ki, Fransua Ollandın görüş təşəbbüsünü uzun müddət dəyərləndirməyən, faktiki, rədd edən AzərbaycanErmənistan prezidentləri Putinin görüş təklifini dərhal qəbul elədilər. Düşünmürük ki, motiv təkcə cəbhə bölgəsindəki vəziyyətlə bağlı idi. Əgər bağlı idisə də, yenə prezidentlərin Parisə deyil, Moskvaya yollanması Rusiyanın münaqişədəki rolunu nümayiş etdirir.

Əfsuslar olsun ki, bu rol nə qədər mühümdüsə, bir o qədər konstruktiv mahiyyətli deyil, destruktivdir. Rusiya illərdir bu konfliktdən regionda öz maraqlarını bərqərar eləmək üçün çalışır, nəinki onun hansısa yolla nizamlanmasına. Kremlin konflikt tərəflərini silahlandırması da bişəkk, eyni məramdan qaynaqlanır, nəinki tərəflərdən hansısa birinin hərbi üstünlüyünü təmin edib problemin həllini tezləşdirmək istəyindən. 

Elə ən maraqlısı odur ki, hər iki tərəfin hərbi arsenalı əsasən rus silah-sursat və hərbi texnikası hesabına komplektləşdirilib. Bu, Moskvaya Azərbaycanla Ermənistan arasında manipulyasiya edib onları özündən daha asılı vəziyyətdə saxlamaq üçün əlavə rıçaq yaradır. Şübhəsiz, Qərbdə - Amerikada, Avropada, NATO-da bu faktoru da bilir və ciddiyə alırlar. 

Soçi görüşünün belə tez baş tutmasının, deməli, həm də Ollandın təşəbbüsünün uğursuzluğa düçar olmasının növbəti səbəbi burada axtarıla bilər. Yəni münaqişə tərəfləri Rusiyaya təəssüf ki, daha çox bağlı görünür, nəinki Qərbə. Belə vəziyyətin günahını təkcə Qərbdə axtarmaq doğru olmazdı. Səbəb eyni zamanda Bakı və İrəvanın öz milli təhlükəsizliklərini hələ də Rusiyaya bağlamasıdır. 

Ermənistanın mövqeyi bəlli. O, cəmi bir öncəki ilə müqayisədə Rusiyadan indi qat-qat çox asılı durumdadır. Halbuki, məsələn, Fransadakı erməni icması öz nüfuzu və təsir imkanlarına görə Rusiyadakından heç də zəif deyil, əksinə. Amma İrəvan Ermənistanı özünün “kiçik bacısı” adlandıran Fransanın sözünü yerə saldı. 

Azərbaycana gəlincə, böyük güclər arasında “balans siyasəti” yürütməklə arada sıxılmaqda davam edən Bakı məlum oldu ki, Rusiyadan daha çox ehtiyat edir. O üzdən vaxtaşırı “balansı” pozaraq məhz Kremlə reveranslarını əsirgəmir. Azərbaycan iqtidarı belə reveransları artıq ABŞ-ın hərbi müttəfiqi statusu alan və 2017-ci ilədək tamamilə peşəkar orduya keçəcək qonşu Gürcüstan kimi etməyə də bilər. Bundan ötrü isə birinci növbədə siyasi iradə tələb olunur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar