Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Ələsgərov xaricdən qrant alıb Azərbaycan əleyhinə işləyən QHT-lərdən danışdı


"Bir sıra qeyri-hökumət təşkilatları donorlarından qrantlar almaqla ölkənin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi istiqamətində fəaliyyət göstərirlər"


"Şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlər sadəcə dövlət sektorunu deyil, vətəndaş cəmiyyəti institutlarını da əhatə etməlidir"

"Yalnız belə olduqda biz məqsədlərimizə tam nail ola bilərik. Azərbaycan Respublikasının prezidenti 2013-cü il 20 noyabr tarixində “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdır. Bu fərmanın məqsədi qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi və beləliklə də onların işinin, müvafiq dövlət orqanları ilə əlaqələrinin daha da asanlaşdırılması olmuşdur. Fərmanda qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması nəzərdə tutulmuşdur".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

PA rəsmisi bildirib ki, bu sistemdə qeydiyyatdan keçmiş hər bir qeyri-hökumət təşkilatı yalnız özünün daxil ola bildiyi “fərdi elektron kabinet”ə malik olacaqdır ki, bu kabinet vasitəsilə də o, dövlət orqanı ilə əlaqələrini sadələşdirilmiş şəkildə qura biləcəkdir. Artıq “Fərdi elektron pəncərə” sistemi hazırdır və bu yaxınlarda qeyri-hökumət təşkilatlarının iştirakı ilə onun təqdimat mərasimi keçirilmişdir.

F.Ələsgərovun sözlərinə 2013-cü ilin 17 dekabr tarixində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı bir sıra qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində bu sahədə mövcud olan normativ-hüquqi aktlardakı bir sıra boşluqlar aradan qaldırılmışdır: "Misal üçün, qeyd etdiyim dəyişikliklərə qədər xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin ölkəmizdəki fəaliyyəti qanunvericiliklə kifayət qədər tənzim edilmirdi. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna edilən dəyişikliklər nəticəsində bu boşluq aradan qaldırılmışdır. Qanunvericiliyə edilmiş dəyişikliklərə görə, qeyri-hökumət təşkilatları korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər. Mühüm məsələlərdən biri qeyri-hökumət təşkilatları tərəfindən alınan qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsidir. Qeyri-hökumət təşkilatı aldığı qrantı qeydiyyatdan keçirmədikdə onunla bağlı bank əməliyyatını və ya hər hansı digər əməliyyatı həyata keçirə bilməyəcəkdir".

PA rəsmisi bildirib ki, bu günlərdə QHT-lərin fəaliyyəti ilə başqa bir qanunvericilik aktına - “Qrant haqqında” qanuna da dəyişikliklər qüvvəyə minmişdir: "Bu dəyişikliklərə görə, yalnız Azərbaycan Respublikasında nümayəndəlik və ya filialını qeydiyyatdan keçirmiş və donor kimi çıxış etmək hüququ qazanmış xarici təşkilatlar qrantlar ayıra biləcək. Bununla da QHT-lərə qrantın verilməsi prosesində şəffaflıq təmin olunacaq, prosesin iştirakçıları, ayrılan qrantın məqsədi hamıya məlum olacaqdır".

F.Ələsgərovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da hamısının fəaliyyəti şəffaf deyildir: "Bununla bağlı bir neçə faktı diqqətə çatdırmaq istərdim. “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində 9 qrant müqaviləsinə əsasən təxminən 358 min AZN məbləğində vəsait almışdır. Qanunvericiliyə görə, qrant alınmasına dair müqavilələr qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin yuxarıda adını qeyd etdiyim təşkilat bağladığı 9 qrant müqaviləsinin yalnız ikisini qeydiyyatdan keçirmişdir. Başqa bir misal kimi Sülh və Demokratiya İnstitutunu göstərmək olar. Beş il ərzində bu təşkilatın rəhbəri Leyla Yunus təsisçisi olmadığı “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının hesabından müxtəlif valyutalarda külli miqdarda vəsait çıxarmış və bundan şəxsi məqsədləri üçün istifadə etmişdir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri də bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər. Belə ki, son bir neçə il ərzində yerli QHT-lərə ABŞ-ın Demokratiyaya Yardım Fondu (NED) tərəfindən 83 qrant müqaviləsi üzrə təxminən 2,8 milyon manat, ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) tərəfindən 12 qrant müqaviləsi əsasında 500 min manata yaxın, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (IREX) tərəfindən 35 qrant müqaviləsi üzrə təxminən 900 min manat, Avropanın Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən müxtəlif qrant müqavilələri üzrə təxminən 300 min manat, Lixtenşteyn Knyazlığının Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu tərəfindən 625 müqavilə üzrə təxminən 7,6 milyon manat məbləğində vəsait ayrılmış, lakin bu qrant müqavilələrinin böyük əksəriyyəti qeydiyyatdan keçirilməmişdir".

PA rəsmisi bildirib ki, bu sahədə digər hüquq pozuntularına da rast gəlinir: "Məlumatlara görə, bəzi donorlar qeyri-hökumət təşkilatlarına vəsaiti nağd şəkildə verirlər. Yəni vəsait qrant kimi rəsmiləşdirilmir. Bu zaman qeyri-hökumət təşkilatları əldə etdiyi vəsaitdən vergi ödəməli olduqları halda, bunu etmirlər. Burada bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycanın və bəzi qonşu ölkələrin təcrübəsi göstərir ki, bir sıra qeyri-hökumət təşkilatları donorlarından qrantlar və digər vəsaitlər almaqla heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, ölkənin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi istiqamətində fəaliyyət göstərirlər. Bəzi hallarda xarici donorlar müəyyən təşkilatları məqsədli şəkildə maliyyələşdirir və onları ölkə qanunlarını, sabitliyi kobud surətdə pozan qanunsuz fəaliyyətə sövq edirlər. Bundan belə nəticəyə gəlmək olar ki, müəyyən xarici təşkilatlar vətəndaş cəmiyyəti institutlarını inkişaf etdirməklə deyil, bəzi insanlara və təşkilatlara pul verib onları dövlətə qarşı yönəltməklə məşğuldurlar. Yuxarıda adını çəkdiyim Milli Demokratiya İnstitutu tərəfindən “NİDA” gənclər hərəkatının maliyyələşdirilməsi buna misaldır. Bildiyiniz kimi, 2013-cü ildə bu hərəkat tərəfindən Bakı şəhərində qanunsuz toplantılar keçirilmiş, bu toplantılarda Milli Demokratiya İnstitutunun əməkdaşları da iştirak etmişlər. Həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində “NİDA” üzvlərinin bu aksiyalar zamanı kütləvi iğtişaşlar törətməyi planlaşdırdıqları müəyyən edilmiş, onların bir sıra fəallarının üzərindən partlayıcı maddələr, külli miqdarda nağd pul aşkar edilmişdir. Başqa bir təşkilat - Avropanın Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək olan, efir vasitəsilə insanları qanunsuz aksiyalara səsləyən “Meydan TV”-yə təxminən 300 min ABŞ dolları məbləğində qrant ayırmışdır. Hesab edirik ki, bu cür fəaliyyət yolverilməzdir. Demokratiyanın daha da gücləndirilməsini tələb etmək və bununla bərabər, demokratik cəmiyyətin institutlarına antikonstitusion mübarizə üsullarını aşılamaq siyasi riyakarlıq olmaqla yanaşı, vətəndaş cəmiyyəti konsepsiyasının mahiyyətini də sarsıtmaq deməkdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar