Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli rayonunun işğal günü münasibəti ilə tədbir keçirilib


Bu gün Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 23 avqust Füzuli rayonunun işğal günü münasibətilə tədbir keçirilib


Tədbirdə rayonun rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmışdır. 
Sonra torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Alı Alıyev Füzuli rayonunun işğalı, işğala qədər cərəyan edən hadisələrdən danışmışdır. Bildirmişdir ki, o dövrdə Azərbaycandakı xaos, siyasi hakimiyyətsizlik Füzulinin, o cümlədən digər rayonların işğalına səbəb olmuşdur. 

Alı Alıyev qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 735 nəfər  şəhid olmuş, 1240 nəfər əlil olmuş və girov götüülmüşdür. Şəhidlərdən 8 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülmüşdür. İşğal nəticəsində rayonun madii-mədəniyyət abidələri məhv edilmiş, rayona ümumilikdə 6 milyard dollara yaxın ziyan dəymişdir. 

“1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə düşməndən azad edilmişdir. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatından  sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunmuş, füzulililər doğma yurdlarına qayıtmışlar. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələri salınmış, Horadizə şəhər statusunun verilmiş, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş etmişdir. Son 10 ildə Prezident cənab İlham Əliyev Füzuliyə 4 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 Sərəncam imzalamışdır.”

Alı Alıyev bildirmişdir ki, bu gün hər bir füzulilinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:

“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”. 

Digər çıxış edənlər bildirmişlər ki, hər bir füzuli sakini Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır. 






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar