Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə qiymət artımına qarşı komissiya işə başladı


Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına nəzarəti gücləndirib


PİA.AZ-a verilən məlumata görə, son günlər manatın məzənnəsinin aşağı düşməsindən sui-istifadə etməyə çalışan bəzi işbazlar rayon ərazisində süni qiymət artımına çalışsalarda bu cür halların qarşısı qətiyyətlə alınıb. 

İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılıb. Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər. Komissiya üzvlərinin aidiyyəti dövlət qurumları ilə birlikdə gördüyü tədbirlər nəticəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilmiş, xüsusilə çörək və ərzaq səbətinə daxil olan məhsulların satış qiymətində artım müşahidə olunmayıb.

Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Rayon İcra Hakimiyyəti aidiyyati qurumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görür.  Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar