Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

GDU-da gizli dinləmə və izləmə qalmaqalı

Universitetin rektoru və dekanı bütün müəllim və tələbə heyətini güdürmüş


MTN-də baş verən olaylardan sonra üzə çıxan bir sıra məlumatlar durumun kifayət qədər dəhşətli olduğunu ortaya qoymağa başlayıb. 

İndiyə qədər təkcə Eldar Mahmudov və onun adamlarının ayrı-ayrı şəxsləri dinlədiyi və ya izlədiyi aşkarlansa da, sonradan bu prosesin digər qurumlarda da baş verdiyi aşkarlanmaqdadır. 

Gizli şəkildə dinləmə və izləmə əməliyyatları daha bir universitetdə qalmaqala səbəb olub. Məlumatlara görə, proses Gəncə Dövlət Universitetində baş verib. GDU-nun fizika fakultəsinin dekanı İldırım Qasımovun təhsil ocağının bütün koridor və otaqlarına dinləmə və müşahidə qurğuları yerləşdirdiyi üzə çıxıb. 

Məlumatlara görə, Qasımov son bir neçə ildir mətbuatda universitet haqqında gedən tənqidi yazıların kimlər tərəfindən ötürüldüyünü aydınlaşdırmaq üçün qanunla qadağan edilmiş vasitələrdən yararlanıb.

GDU nümayəndələrinin bildirdiyinə görə, dekan bütün koridor, otaqlara müşahidə qurğuları yerləşdirməklə yanaşı, həm də kontingenti dinləməklə məşğul olub. 

İş o həddə çatıb ki, ayaqyoluların qapılırının ağzına belə gizli şəkildə kameralar yerləşdirilib. Məlumatlarda iddia edilir ki, İldırım Qasımov bu addımı atarkən rektor Yusif Yusifovun icazəsini alıb. Və bununla guya, «mənbə»nin kimliyini müəyyənləşdirə biləcəyini düşünüb.

Lakin GDU-nun müəllim heyəti, xüsusən də qadın müəllimələr məsələdən xəbər tutublar. Və bundan sonra skandal yaşanıb. Belə ki, müəllimələr İldırım Qasımovun otağına gedərək, dekandan atdığı addımların izahatını tələb ediblər. Onlar ayaqyolunun qarşısına gizli kameranın quraşdırılmasına daha çox qəzəbləniblər. Lakin dekan onların suallarına cavab verə bilməyib. 

Baş verən qalmaqaldan sonra GDU-nun müəllim heyəti Təhsil Nazirliyi və digər dövlət qurumuna müraciət etmək qərarına gəliblər. Onlar İldırım Qasımov və rektor Yusif Yusifovun artıq onların özəl həyatlarına, həytta ayaqyoluna getmələrini pusmasına aydınlıq gətirilməsini tələb edirlər. (jam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar