Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

GDU-nun rektoru özünə 140 min manatlıq maşın, 11 min manatlıq telefon alıb


Yusif Yusibovun Asif Cavadovla birləşərək təhsil ocağını bazara döndərdikləri deyilir


“Gəncə Dövlət Universitetinə Yusif Yusibovun rektor təyin edilməsi ilə, keçmiş rektor Yadigar Əliyevin qısa bir müddət ərzində yaratdığı şəffaf, rüşvətsiz və korrupsiyasız təhsil sistemi süqut etdi. Y.Yusibovun rüşvət mexanizminin başında duran Asif Cavadov, bu mexanizmin digər qol-qanadı olan Elsevər Nağıyev, Vasif Həsənov, fakültə dekanları, tyutorlar haqqında kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb və müvafiq dövlət qurumlarına professor-müəllim heyəti dəfələrlə müraciət edib.Amma Təhsil Nazirliyi və müvafiq orqanlar hələ də susur”. Bu barədə məlumatı JAM.AZ-a univeristetin müəllimləri verib. 

Onların bildirdiyinə görə, Y.Yusibovun rektor keçməsi üçün bir milyon manat rüşvət verdiyi iddia olunur. “Ona görə də Y.Yusibov "burda mənəm, Bağdadda kor xəlifə" prinsipini tutub. Y.Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə "Gülüstan qəsəbəsi" yaxınlığında kirayədə yaşayırdı. Amma rektor təyin olunduqdan sonra, qısa bir müddət ərzində Gəncənin "Mahrasa bağı" adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150000 manata ən müasir standartlara cavab verən ev almışdır. Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140000 manata ən axırıncı model ağ rəngli "Leksus" avtomobilinə sahib ola bilib. Bu avtomobili isə onun məktəbli oğlu şəhərdə sürür”.

Redaksiyamıza müraciət edənlər daha maraqlı bir məqama diqqət çəkiblər. Bu isə Y.Yusibovun mobil telefonu haqqındadır. “Y.Yusibov bu ay özünə çox bahalı mobil telefon alıb, bu telefonun qiyməti 11000 (on bir min) manatdır. Maraqlıdır, bu bahalı şeyləri qısa bir müddət ərzində rektor maaşına necə almaq olar? Əlbəttə, bunlar Asif Cavadovun rəhbərliyi ilə yığılan çirkli pulların hesabına alınıb. O, Asif Cavadovun ki, vaxtilə prezident seçkiləri zamanı Gəncənin "Metallurq" stadionunda H.Əliyevin ünvanına mikrofonla təhqiramiz çıxışlar edirdi. O Asif Cavadovun ki, oglu avtoşluq edib bir ailəni gözüyaşlı qoydu və 40000 manat müqabilində cəzasız qaldı. Həmin Amil Cavadov yenə də bahalı maşınlarla Gəncənin küçələrində avtoşluq edir. Amma Asif Cavadov isə öz övladına tərbiyə verə bilməməsinə rəğmən, GDU-nun tələbə və müəllim kontingentinə tərbiyə işləri üzrə prorektorluq edir. Asif Cavadov həm də maşın alveri ilə məşğul olur, başqa bir məlumata görə Gəncə şəhər icra hakimiyyətinin və keçmiş rektor Yadigar Əliyevin fəaliyyətindən müxtəlif orqanlara qərəzli məlumatlar yayan da həmin Asif Cavadovdur. Onun bu xidmətləri isə Yusif Yusibov tərəfindən layiqincə qiymətləndirilib, özü prorektor, həyat yoldaşı isə kafedra müdiri təyin olunub, çox maraqlıdır, siyasi keçmişi şübhəli olan Asif Cavadovun məşğul olduğu işlərin heç biri onun daşıdığı tərbiyə işləri üzrə prorektor vəzifəsinin funksiyasına uyğun gəlmir”.

Şikayətçilər bildirirlər ki, Asif Cavadovun rəhbərliyi ilə sentyabr ayında tədris-köməkçi heyətinin attestasiyasını keçirmək istəyirlər. “Bu attestasiyalar isə işçiləri qorxudub rüşvət yığılmasından başqa bir şey deyil.Universitetdə yığılan rüşvətdə müəllimlərin nə iştirakı, nə də payı yoxdur, yığılan rüşvət rektor, dekanlar, prorektor və tyutorlar arasında bölünür. Rektor isə yığılan rüşvətin əksər hissəsinin təhsil nazirliyi tərəfindən əllərindən alındığını iddia edir.Müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli oxuyan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir, halbuki, GDU-da təhsil haqqı kifayət qədər yüksəkdir. Məsələn , "Tarix" ixtisası üzrə təhsil haqqı Bakı Dövlət Universitetində 1200 manat oldugu halda, GDU-da bu rəqəm 1800 manat təşkil edir. Bu təhsil haqqı isə rəhbərlik tərəfindən istədikləri kimi təmir və mebel alınması adı altında talan olunur”.
Daha sonra qeyd olunur: “Ali məktəb təlimatına görə, buraxılış kurslarının tələbələrinin üç il ərzində aldığı qiymətlərin orta balı 4-dən yuxarıdırsa, onda həmin tələbələr dövlət imtahanı əvəzinə buraxılış işi yaza bilərlər. Lakin Y.Yusibov, A.Cavadov və fakültə dekanları tələbələrin bu hüquqlarını pozurlar. Belə ki, dekanlar, tətildə olmalarına baxmayaraq tələbələrə zəng edib məcburi universitetə çağırır və onlara "dövlət imtahanı vermək istəyirəm" məzmununda məcburi ərizələr yazdırırlar. Çünki dövlət imtahanının qiyməti 400-500 manatdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar