Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gecə 4-də küçələrdə gəzən qızı...



Orta statistik azərbaycanlılara görə, kifayət qədər normal maaş alıram


Ayı borcsuz başa vurub maddi istəklərimi tam olmasa da, qarşılaya bilirəm bu pulla.
 
Sadəcə, bəzi gələcək planlara görə daha çox çalışmaq, daha çox pul qazanmaq lazımdır. Belə ki, özümə ikinci (axşam-gecə növbəsi) iş axtarmaq qərarına gəldim. Həftəsonu “istirahətimi” evdə iş elanı saytlarında özümə uyğun iş axtarmaqla keçirdim. Tapa bilmədim. Daha doğrusu, axşam-gecə növbəsi işlərinin hamısını (məs, ofisiant) yüngül əxlaqlı qadınlara görə idi. Yəni, bizim cəmiyyət məcbur eləyir ki, bunu belə qəbul edək. Qəbul edək ki, 12-dən sonra evə gələn, dükana düşən, taksiyə minən qadın əxlaqsızdır. Normal ailə qızı 12-dən sonra çöldə nə gəzir (burda işlənən ən mədəni ifadəni işlədirəm)? Normal ailə qızı qısa yubka ilə niyə universitetə gedir? Normal ailə qızı niyə bu qədər bəzənir? Normal ailə qızı yaşı çatan kimi (bu yaş ən yaxşı halda 18-22 arasıdır) ərə gedib, evinin “xanımı”, uşaqlarının anası olmalıdır.
 
Normal ailə və normal ailə qızı?!.
 
Ailəmizin standart ailə normalarına uyğun, bizim indiyə qədər sürdüyümüz həyat tərzinin normal olub-olmadığını kim müəyyənləşdirə bilər, kim müəyyənləşdirir? Normaları kim müəyyənləşdirir axı? Bizim həyatımızda nəyin doğru olub-olmadığını, nəyi doğru edib-etmədiyimizi kim müəyyən edir axı? varlıların “gül balalarını” müdafiə edən, suçlu olduğu halda haqlı hesab edən “qanunlar”? Yoxsa tinlərdə gedib-gələn qadınların rəddini güdən əli təsbehli qədeşlər?! Bu suallar ətrafında bir az düşünək, məncə...
 
Səhər açılandan “gündəmimizi” yeni məsələ məşğul edib. Rektor qızı küçədə bir neçə oğlan tərəfindən döyülüb. Nə palaza bürünüb ellə sürünənlərdənəm, nə də fitnəyə gedənlərdən, sadəcə, bu dəfə illərlə öz köşələrindəki fikirləri ilə millətə adil olmağı, qanunun milli-mental dəyərlərdən üstün tutulmalı olduğunu diktə edənlərin belə bu məsələyə “4-də küçədə olan qızı döyərlər də, söyərlər də” kimi şərhlər verməyinə dözə bilmədim. Bir insanın küçədə, yolun ortasında bir neçə adam tərəfində döyülməyi bir qıraqda qalıb, məsələyə “Normal qız uşağı saat 4-də küçədə nə gəzir? Professor qızı içkili halda o vaxt haradan gəlirmiş?” kimi absurd tərəflərindən yanaşır yurdumun “aydınları”.
 
Təbii, qəbul etməliyik ki, Azərbaycanda bir qadın insan olmazdan əvvəl kiminsə arvadı, anası, bacısı, sevgilisi, qızıdır. Təkcə, qadındır desək belə, cəmiyyətimizə bələd insan üçün məsələ aydın olar, məncə.
 
Bir müddət əvvəl Türkiyədə marşrut sürücüsü tərəfindən təcavüz edilərək öldürülən Özgəcan Aslan olayına adil yanaşan adamların başqa bir qadına zorakılığa haqq qazandırmasını anlamaq olmur. Bu qadın niyə günahkar olur? Gecə gec saatda evə gəldiyinə görə? İçkili olduğuna görə? Professor qızı olduğu halda “əxlaq mücəssəməsi” olmadığına görə? Yoxsa, sadəcə Azərbaycan qadını olduğuna görə?!
 
Hər hansı bir insan içki də içə bilər, siqaret də çəkə bilər, hətta əxlaqsız da ola bilər, onunla yaranan problemi həll etməyin sivil, insani, hüquqi yolları var. Yox, əgər kimsə onu döyərək cəzalandırmaq yolunu seçirsə, buna haqq qazandırmaq özü də bir cinayətdir.
 
Acı olsa da, etiraf eləməliyik: bizim cəmiyyət illərdir “ərgənlik dövrü”nü yaşayır, yəni bütün hadisələrə emosional yanaşaraq tez-tələsik qərar verib, əksər hallarda da səhv edir. “İctimai qınaq” kimi vacib faktor formalaşmayıb cəmiyyətimizdə. Bizim cəmiyyətimizdə “ictimai qınaq” yoxdur, “ictimai təhqir”, “ictimai təhdid” var, təəssüf ki.
 
Normal ailə, cəmiyyət insanı heç kimin qınamağa haqqının olmadığını bilməlidir. Unutmayın, heç kim qınadığını yaşamadan ölmür, ölməyəcək.
 
Siz nə qədər “normal ailə qızı” hesab eləməsəniz də, məlum xanım əsil azərbaycanlı xanımı, normal ailə qızı kimi sevgilisindən (dostundan, tanışından) polisə şikayət etməyərək “döyülmədiyini, sadəcə onlar tərəfindən olaraq sakitləşdirildiyini” bildirib.
 
İlaxır çərşənbəniz mübarək! (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar