Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəy icra başçısı məhkəmədə uduzdu – 150 minlik qalmaqal



Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov 150 min dollarlıq rüşvət qalmaqalında uduzub


İş adamı Oqtay Əliyev bu barədə mətbuat konfransı keçirib.


O, icra başçısının qanunsuz əməlləri ilə bağlı məhkəməyə etdiyi şikayətdə haqlı tərəf kimi tanınıb.

İş adamı 2013-cü ildə Gədəbəy rayonunda inşasına başladığı turizm obyektinin icra hakimiyyəti tərəfindən qanunsuz şəkildə sökülməsindən şikayətçidir.

Şikayətçinin sözlərinə görə, o, Rusiyada yaşayır. Gədəbəydə turizm obyekti inşa etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan icazə alıb. Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qalakənd meşəbəyliyinin 0,20 hektar sahəsindən istirahət və turizm məqsədi ilə istifadə etmək üçün həmin müəssisə ilə 16 iyun 2013-cü il tarixində 5 illik müqavilə imzalayıb. Həmçinin icra başçısının müavini Qüdrət Paşayevlə də görüşüb. İcra hakimiyyətindən O. Əliyevdən rayonun abadlaşdırılması üçün müəyyən bir məbləğ də istəyiblər. İş adamı həmin məbləği verib.

Obyektin inşasına 2013-cü ildə başlanılıb. İnşaat işləri yekunlaşdıqdan sonra icra hakimiyyəti ilə Oqtay Əliyev arasında problemlər başlayıb:
“Məni icra hakimiyyətinə çağırdılar. Başçının müavini Rüstəm Nağıyevlə görüşdüm. Məndən obyektin sökülməməsi üçün 150 min dollar pul istədilər. Mən bu məbləğlə razılaşmadım. Sonda 100 min dollar istədilər. Mən də dedim ki, bu məbləği sizə verməyəcəm. Çünki mənim əlimdə sənədim var. Obyektimi qanunsuz tikməmişəm. Nə istəyirsiniz edin”.

Bundan sonra 170 min manata başa gələn obyekt 2014-cü ildə icra hakimiyyəti tərəfindən sökülüb.

Oqtay Əliyev məsələ ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oqtay İbrahim oğluna məxsus həmin turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. Məhkəmə Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manat tutularaq iddiaçı Əliyev Oqtay İbrahim oğluna verilməsi ilə bağlı qərar çıxarıb.

Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyəti ilə, həmçinin qalmaqalda adı hallanan Rüstəm Nağıyevlə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmayıb. (aznews.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar