Gənc Tamaşaçılar Teatrının sabiq direktor müavini, teatrın butafor sexinin əməkdaşı Nazim Məmmədov dünyasını dəyişib
Bu barədə teatrın direktoru Mübariz Həmidov məlumat verib. Onun sözlərinə görə, N. Məmmədov avqustun 30-da Bakıda vəfat edib.
Mərhum bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, N. Məmmədov 2006-2015-ci illərdə teatrın direktor müavini vəzifəsində çalışıb. (apa)
pia.az