Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə Dövlət Universitetində İldırım Qasımov despotiyası hökm sürür


Gəncə Dövlət Universitetində müəllim və tələbələrin etirazları böyüyür


Gəncə Dövlət Universitetində İldırım Qasımov "dominantlığı» yaranıb; universitetdə tələbələr oxuyub qiymət almaq haqqnını itirib…

Gəncə Dövlət Universitetində bir qrupp müəllim və tələbə keçmiş rektor Yadigar Əliyevdən sonra yeni rektor Yusif Yusifovun tətbiq etdiyi rüşvət mexanizminə etiraz edirlər.

Gəncə Dövlət Universitetindən PİA.AZ-a daxil olan yeni məlumatda göstərilir ki, yeni rektor Yusif Yusifov Yadigar Əliyevin ləğv etdiyi rüşvət mexanizmini yenidən bərpa edib və hazırda rüşvət mexanizminin başında fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımov dayanır.

Daxil olan məlumatda göstərilir ki, İldırım Qasımov hər bir kollekviumun qiymətini 40-50 manat   həcmində müəyyənləşdirib və hər bir tələbədən zorla bu pulu alır. Pulu verməyən tələbələr isə imtahanlardan kəsilir.

Bildirilir ki, faktiki olaraq bu gün Gəncə Dövlət Universitetində hər bir tələbə oxuyub qiymət almaq haqqnını itirib. Bu vəziyyət isə tələbələr arasında oxumağa olan təlabatı ortadan qaldırdığı kimi, müəllimrində tələbələrə elm və ixtisas öyrətmək həvəslərini öldürür. Çünki istər müəllimlərə, istərsə də tələbələrə Gəncə Dövlət Universitetində elm öyrətməyin, ya da elm öyrənmənin faydasız olması aşılanır.

Şikayətçilər bildirirlər ki, tələbələrdən aldıqları pullar hesabına 100 minlik maşınlarda gəzən Yusif Yusifova və İldırım Qasımova bu vəziyyət sərf edir. Çünki universitetin bir neçə vəzifəli şəxsi bu yolla böyük sərvət qazanırlar.

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, əvvəllər  «Samsunq» şirkətində televizor təmirçisi işləyən İldırım Qasımov Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru və kirvəsi olan Orucəli Rzayevin sayəsində «diplom» sahibi olub və bu gün dekan kreslosuna məhz onun proteksiyası sayəsində oturub. Yusif Yusifovun sağ əlinə çevrilən dekanın hazırda universitetdə bütün rüşvət mexanizmini idarə etdiyi və universitetdə dominantlıq yaratdığı qeyd olunur.

Həmçinin PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, rektor Yusif Yusifov Nurçularla əlaqəsi olan şəxs kimi  tanınır. Bildirilir ki, rektor Yusif Yusifovun köməkçisi Elsevər Nağıyev Fətulla Gülən tərəfdarları ilə birbaşa əlaqəlidir. Belə ki, məlumata əsasən Elsevər Nağıyev Türkiyədə Fətullah Gülənə məxsus ali məktəblərdəh birində təhsil alıb və hazırda Yusif Yusifovla Türkiyədəki nurçular arasinda əlaqələndirici rolunu oynayır. Elsevər Nagıyevin  ayda 2-3  dəfə Türkiyəyə getdiyi qeyd olunur.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar