Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə Dövlət Universitetində biabırçılıq - Fotolar


Mal-qara alverçisi fakultədə yoxlama apardı, işə polis qarışdı


Gəncə Dövlət Universitetinin bir qrup müəllimi işlədikləri ali təhsil müəssisəsində baş verən biabırçı olaylar barədə aztoday.az-a şok sayıla biləcək məlumat göndəriblər. Həmin məlumatı olduğu kimi təqdim edirik:

Gəncə Dövlət Universitetinin Fizika fakültəsinin dekanı İldırım Qasımovla bağlı çox sayda şikayətlər olsa da onun haqqında indiyəcən hər hansı bir tədbir görülməyibdir. Bildirək ki, İ.Qasımovun cinayət tərkibli işləri,ixtisası olan fizika fənnindən lazımi səviyyədə biliyinin olmaması və müəllimə yaraşmayan tərbiyəsizliyi mətbuatda çoxdan müzakirə olunan məsələlərdəndir. Bu adam Gəncə şəhərində televizor ustası kimi tanınır.Son günlər onunla bağlı olduqca ilkinc bir məsələ ortaya çıxıb.Bu məsələ Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən İ.Qasımovla bağlı Gəncə Dövlət Universitetinə göndərilən təhqiqat materialıdır.

11.03.2013-cü il tarixdə İldırım Qasımov Bərdə şəhərinin mal-qara bazarında heyvan alveri ilə məşğul olan dostu Eldəniz Alıyevə zəng edib, onu Gəncəyə dəvət edir. Məlumunuz olsun ki, Eldəniz Alıyev dana oğurluğu üstündə iki il həbsdə yatıb. İ. Qasımov dostu danasatan Eldənizə şikayətlənir ki, yeni təyin olunan rektor Yadigar Əliyev məni incidir və belə getsə mənim aqibətim yaxşı olmayacaq. Bildirək ki, buna səbəb İ.Qasımovun 35 nəfərdən çox tələbədən 400-500 manat alaraq onları “aylığa” - yəni bir semestrlik dərslərə gəlməmələrinə icazə verməsidir. İ.Qasımov danasatan dostu ilə plan qurub, rektor Yadigar Əliyevi qorxutmaq istəyirlər. Bu iş üçün İ.Qasımov E.Alıyevə 3000 manat pul vəd edir. Pulun 1500 manatı bəri başdan ödənilir, yerdə qalan hissəsi isə əməliyyatdan sonra ödənilməli olur. Onlar dərhal əməliyyata başlayırlar. İ.Qasımov Eldənizi bazara aparıb abıra salmaq üçün ona kostyum, ayaqqabı, köynək və qalstuk alır. Sonra isə işgüzar görkəm üçün papka, bloknot, qələm və s. alırlar. Bundan sonra İ.Qasımov Eldənizi geyindirib – keçindirib universitetin Fizika fakültəsinə gətirir və onu kollektivə Təhsil Nazirliyinin səlahiyyətli komissiyası kimi təqdim edir. Eldəniz Alıyev də plana uyğun olaraq tələbələrin dərsə davamiyyətini yoxlamağa başlayır. 20-dən çox tələbədən və 6 nəfər müəllimdən İ. Qasımovla bərabər tələbələrin dərsə davamiyyəti barədə izahatlar alınır. Bu cinayətin üstü isə Təhsil Nazirliyindən gələn təsadüfü zəng nəticəsində açılır. Məlum olur ki, nazirlik universitetə heç bir komissiya göndərməyibdir. Rektor Yadigar Əliyev təcili İ.Qasımovu və E. Alıyevi yanına çağırtdırıb E. Alıyevi sorğu-suala tutur. Heç bir sənəd göstərə bilməyən E.Alıyev əvvəlcə özünü Təhsil Nazirliyinin, sonra isə MTN-in təhsilə nəzarət şöbəsinin işçisi kimi qələmə verir. Rektor Nizami rayon polis şöbəsi ilə təcili əlaqə saxlayır və hər iki dələduz dost şöbəyə aparılır. Polis bölməsində bir neçə gün təhqiqat aparılır, Eldəniz Alıyev İldırım Qasımovla birlikdə törətdiyi dələduzluq cinayətini boynuna alır. 22 mart 2013- cü il tarixində isə Gəncə Dövlət Universitetinə Nizami Rayon Polis Şöbəsindən şəkildəki məzmunda məktub daxil olur. Bu məktubun – rəsmi sənədin fotolarını Sizə göndəririk.

Təhqiqat zamanı Eldəniz Alıyev İldırım Qasımovla birgə törətdiyi cinayət əməllərini etiraf edibdir. Lakin İ. Qasımov onu tanımadığını deyib. Bəs niyə universitetin rektoru Yadigar Əliyevin, fakültənin müəllim və tələbələrinin izahatları alınmayıbdır?

Göründüyü kimi, polis təhqiqatı birtərəfli aparılıb və ancaq Eldəniz Alıyevin hərəkətlərinə hüquqi qiymət verilibdir. Bəs Eldəniz Alıyevi bu cinayətə qoşan, vəzifə səlhiyyətlərini aşaraq, bilərəkdən saxtakarlıq törədən İldırım Qasımov barədə heç bir cinayət işi qaldırılmayıbdır? Axı bu cinayət 700 nəfər müəllim və tələbənin gözləri qarşısında, özü də iki gün davam edibdir. Görəsən hansı “güclü bir əl” cinayətkar İldırım Qasımovu bu bəladan necə qurtarıbdır??

Biz Daxili İşlər Naziri cənab Ramil Usubova, Respublikanın baş prokuroru cənab Zakir Qarlova, Gəncə şəhəri Baş polis idarəsinin rəisi, cənab Faiq Şabanova müraciət edib, Gəncə Dövlət Universitetinin dekanı İldırım Qasımovun bu cinayətinin yenidən istintaqını xahiş edirik. Adımızın anonimliyinə səbəb İldırım Qasımovun çox qəddar və kinli olmasıdır. İldırım Qasımov onun cinayətlərinə qarşı çıxan müəllimləri Gürcüstandan “vor zakonları” gətirib öldürtməyi ilə hədələyirdi. Bu hədələrə görə İldırım Qasımov Gəncə Şəhər Polis İdarəsində istintaqa da cəlb olunmuşdur.

Hörmətli təhsil nazirimiz Mikayıl Cabbarova müraciət edirik. Cənab nazir, belə bir cinayətlər etmiş bir şəxs yenidən Gəncə Dövlət Universitetinin Fizika fakültəsinə dekan seçilmək istəyir…. Bu necə ola bilər??? Maraqlıdır ki, nəinki fakültədə, hətta öz işlədiyi kafedrada nüfuzunu itirmiş, tələbə və müəllim kollektivi arasında gülməli lətifələrin qəhrəmanına çevrilmiş, şəxsiyyəti və davranışları çayxanalarda məzxərə obyektinə çevrilmiş İldırım Qasımov universitetin rəhbərliyində təmsil olunan bir qrup şəxs tərəfindən müdafiə olunur. Hörmətli Mikayıl Cabbarov Sizdən xahiş edirik ki, bu biabırçılığın qarşısını alasınız…

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar