Mərasimdə Dövlət orqanları nümayəndələri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yerli şöbəsi əməkdaşları, eləcə də şəhid ailələri, şəhər ictimaiyyəti , imkansızlar və ümumən oruc tutanlar iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov çıxış edərək Ramazan ayının yüksək humanizm ideyalarını özündə ehtiva etdiyini, bu ayın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirib.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev isə çıxışında ölkə rəhbərinin və şəhər İcra Hakimiyyəti başçısının dindarlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür bildirib.
Həmçinin çıxış edən din xadimləri müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzulayıblar. Bununla yanaşı, Ramazan ayının fəzilətindən, bu ayın müsəlmanlar üçün nə qədər dəyərli olmasından danışılıb və dualar oxunaraq oruclar açılıb.