Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə Türk Şurasının Gənclər Festivalı keçirilir - Fotolar

Festival Gəncə şəhərinin “2016-cı il üçün Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən tədbirlərdən biridir


Festivala Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan nümayəndə heyəti qatılıb. Qətərdən olan nümayəndə heyəti isə festivalda qonaq qismində iştirak edir.

Festivalı giriş sözü ilə açıq elan edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ömer Kocaman bildirib ki, festival çərçivəsində gənclər sahəsində əməkadşlıq məsələləri müzakirə olunacaq və qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Bundan başqa yaradıcı gənclərin iştirakı ilə konsert proqramı, gənc fotoqrafların sərgisi və milli mətbəx gecəsi keçiriləcək.

Festival çərçivəsində iştirakçılar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətini əks etdirən filmə tamaşa ediblər.  Video çarxda vurğulanıb ki,  2016-cı il ilin 4 mart tarixində Türk Şurasının İstanbulda keçirilmiş gənclər və idman nazirlərinin birinci toplantısının yekun protokoluna Azərbaycanda gənclər festivalının keçirilməsi daxil edilib. Festivalın keçirilməsində məqsəd Türkdilli dövlətlərin gəncləri arasında mübadilənin aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev qonaqları Nizami yurdu qədim Gəncə şəhərində salamlamağa şad olduğunu bildirib. Elnur Rzayev qonaqlara “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi haqda məlumat verib. Xatırladıb ki, layihə çərçivəsində çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Bütün bu tədbirlər Gəncə şəhərinin dünyada tanıdılmasına və gənclərin gələcək əməkdaşlığına xidmət edir.

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Orhan İşık dildə, işdə və fikirdə birlik festivalının iştirakçılarını salamlayaraq bildirib ki, bu tədbir xalqların ortaq rifahı üçün yeni imkanlar açacaq. Orhan İşık vurğulayıb ki, Gəncə şəhərini həm də insanın özünü kəşv etməsi üçün olduqca önəmli bir şəhərdir.
Qırğızıstan təmsilçisi Cupun Şamiyeva bildirib ki, Türk Şurasının Gənclər Festivalı tarixi hadisədir. Festival gələcəkdə bütün sahələrdə ölkələrarası əməkdaşlığın genişləndirilməsinə təkar verəcək. Nəticədə Türk dövlətləri arasında mübadilələr gercəkləşəcək.

Festivalın Türkiyədən olan iştirkçıları Merve Seval və Yeşim Bekar Gəncə şəhərinin təbiətini və tarixini çox sevdiklərini vurğulayıblar. Bildiriblər ki, bu onların Gəncə şəhərinə ilk səfərləridir. Gəncə şəhəri haqda az məlumatlı olduqlarını deyən festival iştirakçıları Nizami Gəncəvinin əsərlərinə müraciət etdiklərini söyləyiblər.
Qətərdən olan iştirakçı Abdulla Təmim Gəncənin təbiətinin onu valeh etdiyini və festivalla bağlı bu şəhərdə olduğunu xatırladıb. Festivalın təşkilini olduqca önəmli hesab edən iştirakçı türk dilində danışan ölkələrin müxtəlif sahələri əhatə edən tədbirdə bir araya gəlməsini mühüm hadisə kimi qiymətləndirib.

Qeyd edək ki, Türk Şurasının Gənclər Festivalı sentyabr ayının 30-na kimi davam edəcək.







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar