Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb
Hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti səhər saatlarında aşkar edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.(APA)
pia.az