Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə ər arvadını güllələdi



Bu gecə Gəncədə həyat yoldaşını odlu silahla qətlə yetirən şəxs tutulub


Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, martın 31-də saat 01 radələrində Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Məmmədova Lamiyə Fazil qızının yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
 
Şəhər Baş Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1974-ci il təvəllüdlü Murad Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
İstintaq zamanı M.Məmmədovun qeyd edilən tarixdə arvadı L.Məmmədovanı qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya iki dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.
 
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar