Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə hesabat yığıncağı keçirildi - Fotolar


Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib


PİA.AZ-a daxil olan məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev diqqətə çatdırıb ki, əvvəllər olduğu kimi cari ilin birinci rübündə də iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək göstəricilərə nail olunub. 

Ümumi istehsalın 88,9 faizi sənaye məhsulu istehsalının, 11,1 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumdaxili məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksinin dinamik inkişafı hesabat dövründə də davam etdirilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi sərmayənin 92 faizini təşkil edərək 33 milyon 310 min manat olub. 

Yığıncaqda əhaliyə göstərilən elektrik enerjisi, qaz, su, rabitə xidmətləri səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlərdən də danışılıb. 

Məruzə ətrafında çıxışlardan sonra şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşıda duran vəzifələrlə bağlı idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib. 





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar