Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə məcburi köçkünlər yeni mənzillərə köçürülür - Fotolar


Hacıkənd qəsəbəsində məskunlaşmış Xocalıdan və Kəlbəcərdən olan məcburi köçkünlər yeni mənzillərə köçürülür


PİA.AZ xəbər verir ki, bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev   Hacıkənd  qəsəbəsində  vətəndaşların səyyar  qəbulunu keçirib. Tədbirdə   Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Kəlbəcər rayon  İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Xocalı  şəhər İcra Hakimiyyətinin başçısı  Şahmar  Usubov, şəhər  və rayon rəsmiləri, Hacıkənd qəsəbəsində məskunlaşan qaçqın və köçkünlər iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması  üzrə Dövlət Proqramı” və ona  edilmiş Əlavələrə uyğun olaraq, ötən illər ərzində məcburi soydaşlarımızın məşğulluq və digər  sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə mənzil-məişət  şəraitlərinin yaxşılaşdırılmasına dair   genişmiqyaslı   tədbirlərin icrasının uğurla davam etdirilməsindən, Gəncədə də bu   istiqamətdə  məqsədyönlü işlərin  həyata keçirilməsindən söhbət açıb. Qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin  iştirakı ilə  Gəncə şəhərinin  ərazisində 600 məcburi  köçkün ailəsi üçün hər bir şəraiti olan  ikinci yeni qəsəbə  istifadəyə verilib.

 İcra başçısı vətəndaşların müraciətlərini   diqqətlə dinləyərək, onların   mənzillə,işlə, nəqliyyatla  təmin olunması, köçürülmə   ilə əlaqədar yaranmış  problemlərinin  aradan qaldırılması üçün hərtərəfli kömək göstəriləcəyini bildirib, yerindəcə müvafiq təşkilatlara  tapşırıqlarını  verib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov  çıxışında 2003-2014-cü illərdə 87 müasir qəsəbə, çoxmərtəbəli  binalardan ibarət məhəllə və həyət evlərinini tikildiyini, 42 min məcburi köçkün ailəsinin mənzillə təmin olunduğunu bildirib. Qeyd edib ki, yeni qəsəbədə  600 ev, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası və 50 yerlik uşaq bağçası  tikilib. Məcburi köçkünlərin istəyi nəzərə alınaraq onların maldarlıqla məşğul olmaları üçün xüsusi ərazi ayrılıb. O, həmçinin  diqqətə çatdırıb ki, köcürülmə  ilə əlaqədar  müvafiq komissiya  yaradılıb. 

Qəsəbədə   məskunlaşan qaçqın və köçkünlər- Telli İbrahimova, Hamlet Nəsibov, Zərifə Allahverdiyeva, Nübar İsmayılova,  Həmid Abdullayev  və başqaları  onlara hərtərəfli diqqət və qayğı göstərdiyinə görə  möhtərəm  Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıq duyğularını ifadə etməklə , ölkə başçısının səyləri nəticəsində tezliklə doğma yurdlarının düşmən işğalından 

pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar