Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə sərin su aksiyası - Video


Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə YAP Gəncə şəhər təşkilatı tərəfindən sərin su aksiyası keçirilir


Bu maraqlı aksiyanın həyata keçirilməsinə səbəb isə ölkə ərazisində hökm sürən isti hava şəraitidir.

Sinoptiklərin istilərin avqust ayının 25-nə qədər davam edəcək xəbəri YAP Gəncə şəhər təşkilatı işçilərini sözün əsl mənasında səfərbər edib. Nəticədə təşkilatın əməkdaşları pulsuz sərin su kampaniyasına start veriblər. Eyni zamanda ərazilərə təcili tibbi yardım briqadaları da cəlb edilib. Aksiya hələlik şəhərin müxtəlif istiqamətlərində əhalinin sıx olduğu 6-7 məntəqədə keçirilir. Məntəqələrin sayının artırılması planlaşdırılır.

Fərid Dünyamalıyev- YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin sədri: “Başqa sözlə, aksiyamıza peşəkar həkim kollektivi də qoşulub. Düşünürük ki, isti havada günvurma halları ola bilər və belə halların yerində və anında qarşısının alınması üçün  belə aksiyaların keçirilməsi vacibdir”.

Sərin su aksiyasının əhalinin sıx olduğu ərazilərdə genişləndirilməsi nəzərdə tutulub. YAP Gəncə şəhər təşkilatı digər müəssisə və təşkilatları bu aksiyaya qoşulmağa səsləyir.
Bu arada, bu gün havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17:00-dək dayandırılması barədə aidiyyəti işəgötürənlərə göstəriş verib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar