Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə şərab festivalı başlayıb


Ötən gün Gəncədə “III Gəncə Beynəlxalq Şərab Festivalı” öz işinə başlayıb


Festivalda dünyanın 10-dan artıq ölkəsindən 50-dən  artıq nümayəndə  iştirak edir. Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye,  Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan  İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan  Respublikasının Fransada  səfirliyi  və Gəncə şəhər icra hakimiyyətinin birgə təşkil etdikləri  festival iki gün davam edəcək. Festival   iştirakçıları ötən gün Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirə Azərbaycan, Fransa,  Almaniyan, İtaliya, Rusiya, Moldova, Gürcüstan  və  bir sıra  digər  xarici ölkələrin  şərab istehsalçıları, distribyuterləri və  istehlakçıları  qatılıblar.
 
Dünya şərabçılarının bu mötəbər məclisinin əsas  məqsədi şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı  iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Şərab istehlakı  mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etmək də başlıca məqsədlərdəndir.  
 
Festivalın   ilk günü yerli şərabçıların  beynəlxalq standartlara uyğun  dequstasiya  müsabiqəsi keçirilib.  Azərbaycan şərabçılarının məhsulları  İtaliya, Rusiya, Moldova, Gürcüstan, Fransa və yerli mütəxəssis  tərəfindən  yüksək qiymətləndirilib.
 
Festival  çərçivəsində  ölkələrarası işgüzar   əlaqələr  qurulacaq, əməkdaşlıq  sazişləri imzalanacaq,    şərabçılıq sahəsində məşhur olan ölkələrinin stendləri nümayiş etdiriləcək,  qonaqlar  Gəncənin  görməli yerlərini gəzəcəklər.  Azərbaycan milli musiqisi  və milli mətbəxi  ilə tanışlıq  da   festivalın  proqramına  daxil  edilib.                                               
 
Sabah  qonaqlar  şəhərin  qədim  Cavadxan  küçəsində  keçiriləcək Şərab Festivalına qatılacaqlar.(apa)     


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar