Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə universitetlər arasında sazişlər imzalanıb - Fotolar



Gəncədə keçirilən III Beynəlxalq Şərab Festivalının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.  Mərkəzlə tanışlıqdan sonra konfrans zalında  Universitetlər arasında əməkdaşlığa dair sənədlərin imzalanması mərasimi  keçirilib. 

Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev açaraq, III Beynəlxalq Şərab Festivalı ilə əlaqədar şəhərimizə təşrif gətirmiş qonaqları və mərasim iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin  bütün sahələrində olduğu kimi, beynəlxalq arenada da apardığı siyasətdən, Gəncə şəhərinin Fransa ilə geniş əlaqələrindən danışıb. 

Sonra Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının  Prezidenti Andre Vilye, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin BMT və Qlobal İqtisadi Təşkilatlar Şöbəsinin müdiri Elmar Məmmədov və Yuxarı-Alzas Müluz Universitetinin Prezidenti Kristin Qanqlaf-Ziyeqler çıxış edərək, ölkəmizlə Fransanın ayrı-ayrı regionları arasında sosial-iqtisadi əlaqələrin genişləndirilməsini, şərabçılıq məhsullarının istehsalında beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıblar. 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Yuxarı-Alzas Müluz Universitetinin Prezidenti Kristin Qanqlof Ziyeqler arasında üzümçülük və şərabçılıq sahələrində, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və yenə də Yuxarı-Alzas Müluz Universitetinin Prezidenti Kristin Qanqlof-Ziyeqler arasında şərab texnologiyaları sahəsində  əməkdaşlıq sazişləri imzalanıb.
 





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar