Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə “Region gənclərinin Əməkdaşlıq Forumu” keçirilib - Fotolar

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçirilən Forumdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə İrəli İctimai birliyi tərəfindən təşkil olunan Forumda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

300 nəfərdən çox gəncin iştirakı ilə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev şəhərdə gənclər üçün yaradılan şərait barədə məlumat verib. Gənclərin Gəncənin ictimai həyatında yaxından iştirak etdiyini diqqətə çatdırıb. O, keçirilən Forumun region gənclərinin problemlərinin araşdırılması, mövcud imkanların dəyərləndirilməsi və görülə biləcək işlərin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev həyata keçirilən Forumun məqsədi barədə iştirakçılara məlumat verib. Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin region gənclərinə təsirindən danışıb. O, region gənclərinin yüksək intellektə, bilik və bacarıqlara malik olduğunu qeyd edərək, gənclərlə aparılan işlərin nəticələrini yüksək qiymətləndirib.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun region gənclərinin inkişafı və təşəbbüskarlığının artırılmasındakı rolu, habelə bu sahədə görülmüş işlər barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan nadir ölkələrdəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı Gənclər Fondu da fəaliyyət göstərir, dövlət tərəfindən həm gənclər təşkilatlarının, həm də fərdlərin layihələrinə dəstək verilir. Region gəncləri Fondun bütün müsabiqələrində çoxluq təşkil edir və maraqlı təşəbbüslərlə gəlirlər.

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov gənclər və İctimai Birliklər haqqında danışıb. Mirhəsən Seyidov çıxışında yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu, o cümlədən gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına məlumat verib. O, rəhbərlik etdiyi qurumun gənclərin təşəbbüslərinə hər zaman açıq olduğunu və əməkdaşlıq yollarını diqqətə çatdırıb.

Daha sonra Forum iştirakçıları rəsmi qonaqlarla fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab tapıblar. İştirakçılar bu cür forumların dövlət-gənclər arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Gəncə şəhərində keçirilən Forum gündəliyə uyğun davam edəcək.









pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar