Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə “Salxım” Dequstasiya müsabiqəsi keçirilib - Fotolar


Festival öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi iştirakçılar tərəfindən ziyarət edilib. Abidə önünə gül dəstələri düzülüb


Şərab festivalında Azərbaycanın, Fransanın, İtaliyanın,Gürcüstanın və digər xarici ölkələrin şərab istehsalçıları, distribüterləri iştirak edir. Gəncədə III “Beynəlxalq Şərab Festivalı”nda “Salxım” Dequstasiya müsabiqəsi Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib. Qonaqlar yerli şərablar və üzüm sortlarının təamları ilə tanış olublar.

Gəncədə III “Beynəlxalq Şərab Festivalı”nın iştirakçısı olan Fransanın Burqundiya regionunun Yon vilayətinin ali şurasının prezidenti  Andre Vilye növbəti dəfə şərab festivalına qatılmaqdan məmmunluğunu dilə gətirib. Şura prezidenti qeyd edib ki, Azərbaycana 7-ci dəfədir səfərə gəlir. Andrey Vilye vurğulayıb ki, hər dəfə Azərbaycana gələndə  şərabların dadına  baxır. O, yerli şərablarımızı yüksək qiymətləndirdiyini bildirib.

Gürcüstan Respublikasının Kənd Təsərrüfatı nazirinin məsləhətçisi Umar Kaçarava isə bildirib ki, rəhbərlik ehdiyi nümayəndə heyəti festivalda iştirakdan məmmunluq duyur. Beynəlxalq festivalda Azərbaycan istehsalı olan şərablar və üzümləri dadamaq üçün onlar burada iştirak edirlər. Umar Kaçarava xatırladıb ki, Azərbaycan və Gürcü xalqları hər zaman dostluq əlaqələrini, qədim adətlərini  qoruyublar. Gürcü xalqının şərabçılıqla bağlı qədim ənənələri var. Şərabçılığın inkişafı və texnologiyası ilə bağlı iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi mümkündür.

Gəncədə III “Beynəlxalq Şərab Festivalı”nda “Salxım” Dequstasiya müsabiqəsinin iştirakçısı İtalyanın “Stilyao Delvino” şirkətinin təmsilçisi Corco Brintari ağ və qırmızı Azərbaycan şərabından dadaraq onların yüksək texnologiya ilə hazırlandığını bildirib. İtalyalı təçsilçi həmçinin qonaqpərvərliyinə görə Azərbaycan xalqına minnətdarlıq da bildirib. Corco Brintari əlavə edib ki, Azərbaycan üzümləri və şərabları çox dadlıdır.

Sentyabrın 30-da açıqlanan nəticələrə görə, “Salxım” Dequstasiya müsabiqəsinin nəticəsi olaraq qırmızı şərablardan Qəbələ rayonunun "SAVALAN" brendi ilə istehsal olunan şərab, ağ şərablardan "Gəncə Şərab-2" zavodunun şərabı 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, festival şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 30 sentyabr-1 oktyabr 2014-cü il tarixlərdə keçiriləcək. Məqsəd şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir. Festival zamanı qonaqlar Gəncənin tarixi və mədəni irsi, müasir həyatı ilə tanış olacaqlar.







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar