Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncəli məktəblilərin arzuları gerçəkləşdi


Avqustun 19-da səhər tezdən Gəncənin Mərkəzi Meydanında böyük canlanma vardı.



 “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan Gəncə məktəbliləri¬ni yola salmaq üçün şəhər İcra Hakimiyyətinin və Təhsil idarəsinin məsul işçiləri, eləcə də valideynlər buraya toplaşmışdılar. Hamının üzündə təbəssüm vardı. Ən çox sevinənlər isə şagirdlər idi. Çoxdan arzuladıqları gün gəlmişdi. İndiyədək kitablarda oxuduqlarını, televiziya vasitəsilə seyr etdiklərini indi öz gözləri ilə görəcəkdilər.

 Mərasimdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə göstərilən diqqət və qayğıdan danışaraq dedi ki, bu günün gəncliyi xoşbəxtdir. Çünki onun hərtərəfli inkişafı, dünyagörüşünün formalaşması üçün ölkəmizdə hər cür şərait yaradılıb. Dövlətimizin başçısı daim gəncləri düşünür və sabahın qurucuları olan bu yeniyetmələrin hərtərəfli böyüməsi üçün diqqət və qayğı göstərir. Elə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya da bu qayğının bir nümunəsidir.  

 Gəncə şəhər Təhsil idarəsinin rəisi Zakir Hüseynov çıxış edərək dedi ki, hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkənin bütün bölgələrini tanımalıdır. Bu tur-aksiyanın müsbət cəhətləri çoxdur. Ekskursiya zamanı şagirdlər həm bölgəni tanıyacaq, həm onun insanları ilə, adət-ənənəsi ilə maraqlanacaq, həm də özlərinə çoxlu dost tapacaqlar.

 Təhsil idarəsinin rəisi maraqlı bir açıqlama da verdi. Dedi ki, qərara gəlmişik ki, yeni dərs ili başlayanda “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya iştirakçıları arasında inşa yazı müsabiqəsi keçirək və ən yaxşı yazıları mükafatlandıraq.
Sonra valideynlər, tur-aksiyanın iştirakçıları olan şagirdlər ürək  sözlərini söylədilər. Dedilər ki, dövlət başçısının tapşırığı ilə həyata keçirilən bu aksiya hər bir məktəblinin, hər bir valideynin ürəyincədir və buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdardırlar.

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra  iştirakçıların xeyir-duası ilə 40 nəfər şagirdin və 5 nəfər müşaiyətçinin  daxil olduğu qrupun üzvləri onlar üçün ayrılmış xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya yola düşdülər.








Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar