Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər Birliyinə yeni sədr seçildi


Konfransda çıxış edən Diaspora İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev azərbaycanlı gənclərin təşkilatlanmasının və ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb


UAGB-nin ötən 4 il ərzində həyata keçirdiyi layihələrlə Vətənə sədaqətlə xidmət etdiyini vurğulayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprepetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev, Konqresin Ali Məclisinin rəhbəri Akif Gülməmmədov və digəriləri Birliyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonra UAGB-nin sədri Anar Tahirov təşkilatın fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. Daha sonra Ukraynanın 20 vilayətindən 80 gəncin qatıldığı konfransda qurumun yeni sədri və İdarə Heyəti seçilib. Təşkilatın möhürü və sənədləri gənclərin yüksək etimadını qazanan İlhamə Allahverdiyevaya təqdim olunub. UAGB-nin sədr kürsüsünə layiq görüldüyünə görə konfrans iştirakçılarına minnətdarlığını bildirən İlhamə Allahverdiyeva təşkilatın gələcək fəaliyyət proqramını açıqlayıb.

Qeyd edək ki, İlhamə Allahverdiyeva Ukraynanın Kiyev vilayətinin Pripyat şəhərində doğulub, Taras Şevçenko adına Milli Universitetinin tarix fakültəsinin məzunudur. O, UAGB sədrinin Mədəniyyət məsələləri və İctimaiyyətlə Əlaqələr üzrə müavini və İdarə Heyətinin üzvü idi.

Tədbirin sonunda bir sıra şəxslərə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəxri diplomları təqdim olunub.

Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Gənclər Birliyi 2010-cu ildə təsis edilib. Ukraynanın 19 vilayətində regional təşkilatlarını yaradan birliyin nəzdində şən və hazırcavablar klubu, milli musiqi ansamblı, “Bakı” ftbol komandası fəaliyyət göstərir. Birliyin əsas məqsədi xalqımızın qədim adət-ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, əsasən də, Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyasını təmin etməkdən ibarətdir.(qafqazinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar