Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Həsən Şirinov danışdı


Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinov Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycandakı səfirliyində keçmiş prezident Eduard Şevardnadzenin vəfatı ilə bağlı anım mərasiminə gedən zaman yolda tıxacda qalması haqda bəzi mətbu orqanlarda yayılan məlumatları təkzib edib


PİA.AZ xəbər verir ki, H.Şirinov "Publika.az"a açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: 

“Hamısı boş şeylərdir. Ümumiyyətlə, belə hadisə olmayıb”.

Ötən həftə Prezidentin kortejindən xaric edilməsi barədə yayılan məlumatlara da toxunan H.Şirinov bildirib ki, hazırda hər şey normaldır:

“Əvvəlki kimi hazırda da işimin başındayam. Hər şey normaldır. Yazılanlara əhəmiyyət vermirəm”.

Xatırladaq ki, Həsən Şirinovun sürücüsünün yol verdiyi səhv ucbatından Prezident İlham Əliyevin təxminən 15-20 dəqiqə tıxacda qalması barədə məlumat yayılıb. "Virtualaz.org"un xəbərinə görə, bu səhv general Şirinova baha başa gəlib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov ötən həftə Prezidentin kortejindən xaric edilib. Bundan sonra Prezident İlham Əliyevin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov müşayiət edəcəyi də bildirilirdi. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar