Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Rusiyanı ABŞ-a və dünyaya təhlükə sayır

NATO-nun keçmiş baş komandanı Rusiyanı ABŞ-a və dünyaya təhlükə sayır


NATO-nun birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı, general Filip Bridlav RusiyaABŞ və onun müttəfiqləri, habelə bütün dünya düzəni üçün “eksiztensial (mövcud) təhdid” hesab etdiyini bildirib.

Musavat.com-un xarici informasiya mənbələrinə istinadən verdiyi xəbərə görə bu barədə Bridlavın "Foreign Affairs" jurnalındakı məqalədə deyilir.

General məqaləsində qeyd edib ki, o, 2013-cü ildə NATO Baş komandanı vəzifəsinə gəldiyi zamanı ABŞ və onun Avropadakı NATO üzrə müttəfiqlərinin yaxşı təhcizata rəğmən Rusiya tərəfdən gələn, habelə Yaxın Şərq və Şimali Afrikada qeyri-stabil vəziyyətdən doğan təhdidlərə hazır olmadığını aşkar edib.

Bridlav belə hesab edir ki, Avropada həyata keçirilən istənilən strategiyanın əsasında “Rusiyanın Birləşmiş Ştatlara, onun müttəfiqlərinə və beynəlxalq düzənə davamlı ekzistensial təhdid yaratmaqda və onun yenidən dünya dövləti olmaq niyyətində olmasının dərk edilməsi” dayanmalıdır.
 
İstefada olan baş komandanın fikrincə “Moskva bunu Baltik dənizində ABŞ hərbi gəmilərinə helikopterlər vasitəsi ilə hücum imitasiyasını həyata keçirməklə, habelə ABŞ-ın sahil xətti boyunca strateji bombardman təyyarələrinin uçuşlarını bərpa etməklə açıq şəkildə nümayiş etdirir”.

Bridlav Rusiyanın Suriyada həyata keçirilən əməliyyatlarını “hərbi müdaxilə” adlandıraraq bununla Moskvanın öz nüfuzunu xaricdə genişləndirmək niyyətindən başqa bir şey olmadığını yazıb.

Bütün bunlara rəğmən general Bridlav ABŞ-ın və onun müttəfiqlərinin Ruiyanın aqressiv hərəkətlərinə qarşı kifayət qədər hazırlaşmadığını da bildirib.

General Filip Bridlav bu ilin noyabrında ABŞ-ın seçiləcək yeni prezidentinin və onun adminstrasiyasının Rusiya ilə münasibətlərdə yeni strategiya xəttini güdəcəyini düşünür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar