Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalın obyektləri də çökür - Siyahı


Salyanı xilas edən deputatın ilginc konflikti


Millət vəkilinin obyektləri çökür. Rayonda Kür çayının qırağında yerləşən restoranı və soyuducu zavodu iflas etmək üzrədir. 

Bakıda isə “Atlantis” şadlıq sarayı və Adanalı Hasan Kolcuoğlu restoranı müflisləşməkdədir. Generalın bu obyektlərdə şəriki isə Türkiyə vətəndaşıdır. Onun torpaq biznesində də adı hallanıb. Və deputatın işləri yaxşı getmir. 

Bundan başqa, generalın Ələt-Astara yolunda 1700 hektar torpaq sahəsi var. Ə.Hüseynov həmin əraziləri icarəyə verib. 

SalyanSabirabaddakı qoyunçuluq təsərrüfatlarına, sünibalıq göllərinə sahiblənib. Millət vəkilinin biznes imperiyasının bilinməyən tərəfləri də var və siyahı heç də bu obyektlərlə məhdudlaşmır. 

Politika.Az-ın əldə etdiyi məlumata görə, Ə.Hüseynovun prezidentin Dövlət Mühafizə Xidmətinin rəisi, əslən salyanlı Vaqif Axundovla yaxşı münasibətləri var. 

Salyan uğrunda gedən nüfuz savaşında hər iki saylanlı çiyin-çiyinə mübarizə aparıblar. Ə.Hüseynovun keçmiş icra başçısı Tahir Kərimovla əlaqələri ürəkaçan olmayıb. 

Onun vəzifədən gedişində də bu amillərin rol oynadığı iddia edilir. T.Kərimovla bağlı kampaniyanın aparılması və indiyə qədər təyinat ala bilməməsi kimi qruplaşma qarşıdurmaları göstərilir.

Onu da demək lazımdır ki, 2010-cu ildə Kür daşqınları zamanı deputat böyük fədakarlıq nümayiş etdirib və selin Salyana keçməsinin, böyük fəlakətlərə səbəb olmasının qarşısını alıb.

Onun Salyanın icra başçısı da, deputatı da olduğu dövrdə vətəndaşların müraciətlərinə biganə qalmayıb. İnsafən, həm də mətbuata açıq deputatdır. Onun barəsində müxtəlif informasiyalar yayılır. 

Bir müddət əvvəl T.Kərimovu müdafiə edən bir anonim məktub mediada yayılmışdı və hədəf Ə.Hüseynov idi. 

Sitat: “Bakıdan Salyana gələndə Kür çayının üstündəki körpünün solunda 8 ha ərazidə yerləşən keçmiş 5 idarənin 7-ə yaxın inzibatı binasıyla birlikdə bütöv bir şəhəri alıb. 

Niyə yazmırlar ki, deputat Əliağa Hüseynov rayonun icra başçısı olanda yeni açılan Ələt-Astara yolunun kənarında 2000 ha torpaq alıb, indi yavaş-yavaş satır”. 

T.Kərimovun salyanlı deputat Əliağa Hüseynova uduzmasından sonra rayondakı biznesi əl dəyişib. Hazırda Salyanda əsas söz sahibi və biznes imperiyası Ə.Hüseynova aid olduğu bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar