Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalın “Sovetski” xarabalıqlarından boylanan 1 milyonluq sarayı - Fotolar


Bakıda yaşayış evlərinin köçürülməsi prosesinin ən kütləvi xarakter aldığı “Sovetski” məhəlləsində 10500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var


Köçürmə işləri Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyası tərəfindən həyata keçirilir. 

Sakinlərin köçürülməsi işləri könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat kompensasiya verilməklə həyata keçirilir.

Artıq xeyli sakin verilən kompensasiya ilə razılaşaraq mənzillərini tərk edib. Amma bu məbləğlə razılaşmayanlar da var. Onlar evlərinin sahəsi az olan sakinlərdir.

“Sovetski”də bir çox məşhurlar, tanınmış simalar, dövlət məmurları, iş adamları, mədəniyyət və incəsənət xadimləri yaşayır. Yəqin ki, onların başqa sakinlər kimi kompensasiya ilə bağlı narazılıqları yoxdur və olmayıb. Olubsa da bunu büruzə verməyiblər. Bu haqda nə mətbuat yazıb, nə də kimlərsə danışıb.

Virtualaz.org saytı xəbər verir ki, “Sovetski”də yaşayan, mülkü olan tanınmışlardan biri də Milli Məclisin üzvü, respublikanın sabiq baş hərbi komissarı Əlağa Hüseynovdur.

Ehtiyatda olan general-leytenant Ə.Hüseynovun “Sovetski”də 4 mərtəbəli, dəbdəbəli mülkü var. Bu mülk də boşaldılıb və hazırda orada yaşayış yoxdur.

Qonşularla söhbətimizdə məlum oldu ki, deputat bu mülkdən əsasən ofis kimi istifadə edib. 4 mərtəbəli mülkün bir hissəsindən də yaşayış üçün istifadə olunub.

Deputatın qonşularından onu da öyrəndik ki, Ə.Hüseynov çoxdandır mülkünə baş çəkmir.

“Əlağa müəllim bura az-az gəlir. Son vaxtlar isə onu heç görməmişik” - deyə qonşular bildirdi.

Mülkün dəyərinə gəldikdə isə “Sovetski”də sökülən evlərin kvadratmetrinə 1500 manat verildiyini nəzərə alsaq, onda 600 kvadratmetrdən çox sahəsi olan bu mülkün təxmini qiyməti 1 milyon manata yaxındır.

Deputat Ə.Hüseynov isə virtualaz.org saytına açıqlamasında bu mülkün ona məxsus olduğunu inkar etdi. Bir cümlə ilə yalnız onu dedi ki, onun “Sovetski”də nə belə bir ofisi, nə də evi var.

Lakin deputat bu mülkünü hazırda satıb-satmaması haqda danışmaq istəmədi.

Qeyd edək ki, Ə.Hüseynov 1983-1988-ci illərdə Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) hərbi komissarı, 1988-1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun hərbi komissarı, 1998-2009-cu illərdə isə Azərbaycan Respublikasının hərbi komissarı olub.

O, 2009-cu ilin noyabrında prezidentin sərəncamı ilə hərbi komissar vəzifəsindən azad edilərək ehtiyata buraxılıb. İki gün sonra isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ə.Hüseynov icra başçısı olaraq fəaliyyətinin 1 ilini tamamlamamış 7 noyabr, 2010-cu ildə IV çağırış Milli Məclisin deputatı seçilib.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar