Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalların Bakı görüşü baş tutmaya bilər


Politoloq təkzib edir: “NATO-da ABŞ-la hesablaşmamaq meylləri müşahidə olunur...”


NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali baş komandanı general Kertis Skaparroti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov arasında bu ay ərzində Bakıda keçirilməli olacaq görüş barədə yeni detallar var. 

Generallar ötən gün telefon vasitəsilə ilə əlaqə saxlayaraq, bir məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə Rusiya KİV-ləri məlumat yayıblar. Bu xəbərin ardından gözlənilən görüşün Bakıda baş tuta bilməyəcəyi ehtimalı meydana çıxıb.

Politoloq Nəzakət Məmmədova isə hesab edir ki, bu, görüşqabağı telefon danışığıdır: “ABŞ hərbi siyasətinin lokomotivi olan Pentaqonun bir sıra təşəbbüsləri nəzərdə tutulur ki, onlardan biri 2018-ci ildə Rusiya ilə genişmiqyaslı kontaktların artırılmasını nəzərdə tutur. 2014-cü ilin aprelində RusiyaNATO arasında əlaqələr dondurulduqdan sonra bu, Bakıda Alyans və rus generalları arasında keçiriləcək artıq üçüncü görüş olacaq. Məhz Bakının seçilməsi isə onunla bağlıdır ki, Azərbaycan paytaxtı artıq dünyamiqyaslı strateji şəhər statusu qazanıb. Əvvəllər Minsk adətən belə görüşlər üçün yer seçilirdisə, indi bu status artıq Bakıya keçib. Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu yeridən ölkə olması, NATO ölkələri ilə yaxşı münasibətləri qoruyub-saxlaması, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərində olması hər iki tərəfi görüşü burada keçirməyə sövq edir”.



Politoloq keçiriləcək görüşün yerinin və vaxtının təsadüf olmadığını düşünür: “Rusiya Baş Qərargah rəisi ilə NATO Komandanının 2018-ci ilin başlanğıcında görüş keçirməsi diqqət çəkir. Yəni görüşün yeri qədər, vaxtı da müəyyən məsələlərə işıq salır. Görünür, iki qlobal geosiyasi oyunçu bu il qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək, yeni ildə bir çox qlobal və regional məsələlərə dair öz mövqelərini ortaya qoymaq üçün belə bir görüşü keçirmək qərarına gəliblər. Bunlar Yaxın Şərqdə vəziyyət, Ukraynada sülhməramlıların yerləşdirilməsi, Baltikyanı NATO üzvü olan ölkələrin Rusiyaya düşmən kimi baxması fonunda gərginliyin azaldılması, İran, Türkiyə-Rusiya münasibətləri, dünya silah bazarında vəziyyət və digər məsələlər ola bilər. Eyni zamanda Ukraynanın NATO-nun ”genişləndirilmiş imkanlar" proqramına daxil edilməsi Rusiyanın birbaşa geosiyasi maraqlarına toxunan məsləhət olduğundan görüşdə bunun xüsusi müzakirə olacağı ehtimal olunur. Görüşün formatı da diqqətəlayiqdir. Əvvəlki ilk görüşdə, yəni 2017-ci ilin fevralında ABŞ generalı gəlmişdisə, son iki görüşdə artıq NATO generalları Alyans təmsilçisi kimi Rusiya generalı ilə görüşür. Bu, NATO daxilində ABŞ-Avropa ziddiyyətlərinin təzahürü kimi nəzərdən keçirilə bilər. Ötən il prezident Tramp NATO-dakı avropalı müttəfiqlərini üzvlük haqqını artırmayacaqları təqdirdə ABŞ-ın onları Rusiya təhdidindən qorumayacağı ilə təhdid etmişdi. Bu, onsuz da yarandığı dövrdən bəri NATO-da mövcud olan avrosentrizm tərəfdarlarının amerikanosentrizm tərəfdarlarına qarşı olan münasibətini bir xeyli kəskinləşdirdi.

Artıq NATO üzvləri ABŞ-a demarş olaraq bir sıra addımlar atıb. Məsələn, bu günlərdə Fransa və İtaliya Türkiyə ilə raket sistemlərinin satışına dair müqavilə imzaladı, NATO üzvü olan Avropa ölkələri ABŞ-ın Qüds qərarına qarşı çıxdılar və BMT-dəki səsvermələrdə bunu sübut etdilər. Eyni zamanda Avropa ölkələrinin özlərinin NATO-sunu yaratması məsələsi gündəmdədir. Yəni NATO üzvləri ABŞ-dan asılı olmayaraq bir sıra addımlar atıblar. Bakıda Gerasimovla görüşü nəzərdə tutulan NATO generalına Obamanın prezidentliyi dövründə Rusiya təmsilçiləri ilə görüşlərin qadağan edilməsinə baxmayaraq, o, artıq bu görüşə hazırdır. NATO-da ABŞ-la hesablaşmamaq meylləri müşahidə olunur. Lakin NATO-nun ABŞ-da “dövlət içində dövlət” hesab olunan, milyardlarla dollar büdcəyə malik olan əsas güc mərkəzlərindən biri kimi Pentaqonla sıx münasibətlərdə olması amili nəzərə alınarsa, ABŞ-NATO münasibətlərinin Trampın mövqeyindən asılı olmadığını görmək olar. Odur ki, 2018-ci ildə ABŞ-ın əsasən NATO vasitəsilə Rusiya ilə bir sıra məsələlərlə bağlı görüşlərinin intensivləşəcəyi gözlənilir. Bakının isə bu görüşlərdə etibarlı məkan olması qürurvericidir". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar