Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Geylərin Bakıda ilk forumu keçirildi


Bakıda ilk dəfə LGBT (lesbiyan, gey, biseksual və transseksuallar) özlərinin Gender forumunu keçiriblər


“Nəfəs” LGBT Azərbaycan təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə 40-a yaxın LGBT və bu mövzuya tolerant yanaşan qeyri-LGBT insanlar iştirak edib. Təşkilatın yaydığı xəbərə görə, forum üç hissədən ibarət olub. İsa Şahmarlının xatirəsinə həsr edilmiş birinci hissədə “Azad” LGBT təşkilatının rəhbəri Lalə Mahmudova onun mübarizə yolu, arzuları haqda danışıb.

Ardınca “Nəfəs” LGBT Azərbaycan Alyansının prezidenti Cavid (Atilla) Nəbiyev təşkilatın missiyası və yaradılma məqsədi, hədəfləri, həyata keçirdikləri kampaniya və layihələr barədə məlumat verib. O, cəmiyyətdə və hüquq-mühafizə orqanlarında özlərinə qarşı ayrı-seçkilik olmasından gileylənib.

II hissədə Avropanın Beynəlxalq Lezbiyan Gay Assossiasiyasının (ILGA) Proqramlar üzrə direktoru Bjorn Van Roozendaalın forum iştirakçılarına video-müraciəti dinlənilib. O, ILGA-nın son illər Cənubi Qafqaz ölkələrinə böyük diqqət ayırdığını xüsusi vurğulayıb.

Azərbaycanda gender hüquqlarının vəziyyəti, qadın hüquqları və gender zəminində baş verən zorakılıqlar, problemlər barədə hüquqşünas Asima Nəsirli məlumat verib.

Forumun sonunda “Sevgi, ehtiyacınız olan tək şey!” filmi nümayiş etdirilib. “Nəfəs” LGBT Azərbaycan Alyansının könüllüləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək səsləndirilmiş filmdə Heteroseksual qıza homoseksual ayrı-seçkilikdən, zorakılıqdan bəhs edilir. Bir sözlə, film hazırkı vəziyyətin əksi olan cəmiyyəti, yəni, homoseksuallığın doğru, heteroseksual münasibətlərin isə günah sayıldığı cəmiyyəti təsvir edir.(bakupost.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar