Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Girovlarla görüş olacaq


BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcək


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcəklər. 

Bu barədə ANS PRESS-ə Komitənin Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə artıq 3 dəfə baş çəkiblər: 

"BQXK-nin manadatına uyğun olaraq saxlanılan şəxslərlə görüş olacaq. Görüşün vaxtı barəsində heç nə deyə bilmərik. Görüş zamanı saxlanılan şəxslər ailələrinə məktub da yaza bilərlər. Bu onların hüququdur".

Öldürülmüş Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı danışıqların aparıldığını deyən komitə rəsmisi prosesin baş tutması üçün ilk öncə tərəflərin razılığa gəlməli olduğunu söyləyib:

"BQXK meyitlərin qaytarılması ilə bağlı neytral vasitəçilik xidmətlərini münaqişə tərəflərinə təklif edib. Tərəflər razılaşdıqdan sonra prosses həyata keçirilə bilər".

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar