Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsinin nümayəndə heyəti İspaniyada səfərdə olub

Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 13-14 fevralda İspaniya Krallığının Barselona şəhərində işgüzar səfərdə olub


PİA.AZ-ın DGK-nin saytına istinadən məlumatına görə, səfərin məqsədi mayın 2-dən 4-dək Dövlət Gömrük Komitəsinin (DGK) təşkilatçılığı ilə Bakıda keçiriləcək Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosasiyasının illik Assambleya və Konfransın təşkilati məsələlərinin həll edilməsidir.

Səfərin ilk günü Barselona Azad İqtisadi Zona Konsorsiumunda qurumun icraçı prezidenti Jordi Cornetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Konsorsiumun fəaliyyəti haqqında videoçarx təqdim edilib, Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti, İspaniyanın Gömrük Agentləri Şurasının vitse-sədri, Barselona Gömrük Təmsilçiləri Kollegiyasının sədri Antonio Llobet Bakıda təşkil edilməsi planlaşdırılan tədbirlər haqqında geniş məlumat verib.

Antonio Llobet hökumət və özəl sektor nümayəndələrinin iştirakı ilə beynəlxalq təchizat sisteminin bütün tərəfləri üçün nəzərdə tutulan tədbirlərdə Barselona Azad İqtisadi Zona Konsorsiumunda fəaliyyət göstərən şirkətlərin iştirakının təmin edilməsi üçün müvafiq yardımın göstəriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə çıxış edən DGK Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev son illər Azərbaycanda gömrük və logistika sahəsində görülən işlər, Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi mütərəqqi islahatlar və Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri logistik layihələr barədə məlumat verib, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizdə malların daşınması üçün münbit logistik şəraitin və müvafiq infrastrukturun qurulduğunu, bu tədbirlərin logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında Azərbaycanın logistik imkanlarının nümayiş və təşviq edilməsi üçün müstəsna fürsət yaradacağını diqqətə çatdırıb. Görüş zamanı Azərbaycan haqqında videoçarx nümayiş etdirilib.

Səfərin ilk günü İspaniya Krallığında fəaliyyət göstərən sahibkarları və iri Kataloniya sənayesini təmsil edən təşkilat - "Foment del Treball Nacional"-ın beynəlxalq komissiyasının prezidenti Joan Canals ilə keçirilən görüşdə də Azərbaycan, onun gömrük xidməti və ölkənin irimiqyaslı logistik layihələrı, eləcə də Bakıda keçiriləcək tədbirlər haqqında məlumat verilib.

Səfərin növbəti günündə Barselona şəhər Şurasında keçirilən görüşdə Bakı şəhərində keçirilməsi planlaşdırılan tədbirlərdə Barselonada fəaliyyət göstərən şirkətlərin iştirakının təmin edilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.

Barselona Limanında keçirilən görüşdə isə Barselona kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı da təmin edilib və mətbuat konfransında Azərbaycan, ölkəmizin gömrük sistemi, mütərəqqi islahatlarla müşayiət olunan layihələr, ölkəmizin logistik imkanları haqqında geniş məlumat verilərək videoçarx nümayiş olunub və bu məlumatlar yerli kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Səfər çərçivəsində Səlahiyyətli İqtisadi Operator statusunun alınması üçün qanunvericilik bazası, "Yaşıl dəhliz" buraxılış sistemi, DHL şirkətinin Azərbaycanda fəaliyyəti və Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığına dair təqdimatlar nümayiş olunub.

Sonda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidentinin və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Bakıda keçiriləcək tədbirlərin təşkilati məsələləri, tərəflərin öhdəlikləri, Assambleya və Konfransın uğurlu təşkili üçün müvafiq tədbirlər ətraflı müzakirə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar