Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük orqanları külli miqdarda narkotik maddə aşkarlayıb

Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir

 
 Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində bir qrup şəxs tərəfindən realizə olunacağı barədə Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsindən əməliyyat məlumatı daxil olub.
 
Daxili İşlər Nazirliyi Baş Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbiri zamanı Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında “Mercedes Benz E230” markalı minik avtomobilini idarə edən Məmmədov Nicat Elşən oğlu şərti alıcı qismində çıxış edən əməkdaşa sellofan torbada olan narkotik vasitələri təhvil verərkən saxlanılıb. Daha sonra əməliyyat tədbirləri davam etdirilib, cinayətkar qrupun digər üzvləri - Əhmədov Elşən Əhməd oğlu və Abdullayev Ramil İsgəndər oğlu yaxalanıb.
 
Müvafiq araşdırılma aparıldıqdan sonra sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilib və oradan şəffaf polietilenə bükülmüş, yapışqanlı lentlə sarınmış şəkildə spesifik rəngə və qoxuya malik, ümumi çəkisi1 kiloqram 985 qram narkotik vasitə - tiryək və ümumi çəkisi 2 kiloqram 20 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib.
 
Faktla bağlı DGK-nın İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar