Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son dönəmlər ölkə mətbuatında “Broker” MMC və ya, həqiqi adı ilə “TRANSBROKER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ haqda ifşaedici məlumatlar bir-birini əvəzləməkdədir. Adından fəaliyyətinə qədər müəmmalar içərisində olan bu şirkət sanki xüsusi əl vasitəsiylə cəmiyyətdən və mətbuatdan gizlədilməyə çalışılır


Şirkətin son bir neçə ay ərzində yenidən ölkə mətbuatının gündəmində prioritet yer tutmasını nəzərə alaraq bu şirkətin qaranlıq işlərinə işıq salmağa çalışdıq.



Yerli dövlət qurumlarının internet resurslarında gəzindikdən sonra şirkətin adına aşılmış saytı da tapmağa müəssər olduq. Məlum oldu ki, Vergilər Nazirliyinində MMC olaraq qeydiyyata alınmış “TRANSBROKER” şirkəti saytında saxtakarlıq etmək məqsədi ilə təşkilati-hüquqi forma adını MMC deyil, ASC (Açıq Tipli Səhmdar Cəmiyyət) olaraq göstərib. Təbii ki, bunun xırda texniki səhv olmadığını, konkret məsuliyyətdən yayınmaq üçün qəsdən edildiyini hamı kimi biz də anladıq.



Bununla belə, Vergilər Nazirliyinin saytından “TRANSBROKER”-in Səhimdar Cəmiyyət kimi də qeydiyyata alınıb-alınmadığını öyrənmək üçün axtarışa başladıq. Nəticə düşündüyümüz kimi oldu – BU ŞİRKƏT ASC deyil! ASC sadəcə iz itirmək üçün qəsdən yazılan YALANDIR!

Bu yerdə onu da qeyd edək ki, şirkətin saytında ASC-nin qeydiyyatdan keçdiyi tarix ilə Vergilər Nazirliyinin saytında MMC-nin qeydiyyata alındığı tarix eyni göstərilib. Lakin şirkət saytında rəhbərlik haqda məlumat verməyi istəmədiyindən bunun üçün də taxes.gov.az saytına üz tutmalı olduq.

Bu zaman məlum oldu ki, 3600078641 VÖEN nömrəsi ilə MMC olaraq fəaliyyət göstərən və 26.05.2006 ildə, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, TAĞI ŞAHBAZİ, ev 8 ünvanında qeydiyyata alınan “TRANSBROKER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin Qanuni təmsilçi NƏRİMAN MƏMMƏDOV KAMİLEVİÇdir.



Lakin apardığımız araşdırma zamanı göstərilən ünvanda Nəriman Məmmədov Kamileviç adlı şəxsin olmadığını da təsbit edə bildik.

Onu da qeyd edək ki, şirkətin bu ünvanda deyil Bakı şəhəri, Xocalı küçəsi 55 ünvanında məskunlaşdığı da araşdırmamız zamanı ortaya çıxardığımız həqiqətlərdən biri oldu.



Məlumat üçün onu da qeyd edək ki, TAĞI ŞAHBAZİ, ev 8 ünvanında daimi qeydiyyatda olmalı olan Məmmədov Nəriman Kamileviç barədə bir çox faktlara yiyələnsək də, bunları hələlik dəqiqləşdirmək imkanımız olmadığından, bəzi məqamları sonrakı yazımıza saxlamaqla kifayətləndik.

Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin Akif Çovdarovu kimi məşhurlamış “Broker” MMC rəhbəri Əbülfəz Məlikovun həbs təhlükəsi ilə üzləşdiyini, “TRANSBROKER” MMC-in sahibinin yaxın zamanlarda dəyişəcəyini ötən yazımızda qeyd etmişdir.

Növbəti yazımızda isə Məmmədov Nəriman Kamileviç və Əbülfəz Məlikovun “qaraqutusu” hesab edilən ANAR ALLAHVERDİYEV barədə müfəssəl məlumatlar dərc edəcəyik.(24saat.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar