Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Görkəmli Meksika heykəltəraşı Bakıya gəlir


Azərbaycanın paytaxtı əsərlərin qeydi-adiliyi ilə dünya üzrə məşhur, görkəmli meksikalı heykəltəraş Xorxe Marini qəbul edir


Səfər növbəti altı ay ərzində tamaşaçılar üçün açıq olacaq “Varlığın Yenidən Qurulması” adlı sərginin Heydər Əliyev Mərkəzində açılışı münasibətilə həyata keçirilir.

Meksikanın ölkəmizdəki səfriliyindən Strateq.az-a verilən xəbərdə bildirilir ki, 1963-cü ildə Meksikada dünyaya gələn Xorxe Marin ölkəsində müasir təsviri incəsənətin ən görkəmli nümayəndələrindən biridir. Karyerasının çox şahəli olması ustada fərqli sahələri əhatə etmək və müxtəlif materiallarla – keramika və qatranla – işləmək imkanını yaratdı.  Buna baxmayaraq, uzun və müfəssəl bir axtarışın sonunda, heykəltəraş fərqliliyi üstün tutaraq bürünclə işləməyi seçdi, bununla da, personajların əlləri və ayaqlarının, həmçinin parça, damar və lələk teksturasının canlı görünüşü əldə etməsi üçün ideal imkan yaratdı.

Xorxe Marinin yaratdığı əsərlər həm milli həm də beynəlxalq səviyyədə geniş şəkildə tanınıb. Heykəltəraş minitürdan monumental heykəllərədək müxtəlif ölçüdə olan əsərlər yaradıb. O, sənət əsəri ilə tamaşaçı arasında gözlənilməyən və maraqlı oyundan ibarət yazılmamış bir dialoqun yaranmasına səbəb olub. Tamaşaçı qanadlarının olmasını təsəvvürünə gətirir, fantastik personajların hisslərini yaşayır.

Ustad 25 illik sənəti ərzində 250-dən çox qarışıq və fərdi sərgilərdə iştirak edib. Onun işləri Avropa, Amerika və Asiya ölkələrinin, o cümldən Almaniya, Belçika, Danimarka, İspaniya, Fransa, Macarıstan, İngiltərə, Portuqaliya, Türkiyə, Rumıniya, Kanada, Kosta-Rika, ABŞ, Salvador, Qvatemala, Panama, Çin, Sinqapur və İndoneziyanın muzey və qalereyalarında nümayiş olunub

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar