Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Görüş oldu, bəs danışıqlar?

Azərbaycan və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən gərgin görüşlərin ilkin nəticələri artıq açıqlanıb


Xəbər verildiyi kimi prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar və orada deyilir ki, tərəflər ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin , yəni atəşkəsə riayət olunmasına nəzarət edən müşahidəçilərin sayının artırılmasına razılıq veriblər. Eyni zamanda indiki formatda danışıqları intensiv şəkildə davam etdirməyə razılaşıblar.

Lakin birgə bəyanatda münaqişənin nizamlanması üçün on ildən çoxdur danışıqlar masasında olan, bir neçə dəfə redaktədən keçən çərçivə sənədi, yaxud Madrid prinsiplərinə dair müzakirələrin getdiyi haqda konkret nəsə deyilmir. Beləliklə, məlum olmur ki, Sankt-Peterburqda baş tutan görüş nə dərəcədə münaqişənin özünün nizamlanmasına dair danışıqların başlaması kimi qiymətləndirilə bilər.

Əslində görüşlərin başlamasına az qalmış Putinin köməkçisi Dmitri Peskov bəyan etdi ki, əsas məqsəd hərbi əməliyyatların yenidən başlamayacağına dair təminat yaratmaqdır. Başqa sözlə, Rusiya prezidentinin sözçüsü mesaj vermiş oldu ki, Sankt-Peterburq görüşü bilavasitə münaqişənin həlli yollarının axtarılması məqsədi ilə çağırılmayıb.



Belə yanaşma şübhəsiz ki, Azərbaycan tərəfinin maraqlarına və mövqeyinə uyğun gəlmirdi. Çünki Azərbaycan aprelin əvvəllərində hərbi əməliyyatların dayandırılmasına ona görə razılıq verməmişdi ki, atəşkəsin, yaxud status-kvonun uzadılmasına hesablanmış mənasız müzakirələri daha bir neçə on il davam etdirsin. Azərbaycan hərbi əməliyyatları dayandıranda bəyan etdi ki, münaqişənin həllinə dair əsaslı,real danışıqlar prosesi başlasın. Elə prezident İlham ƏliyevSankt-Peterburqa yola düşməzdən əvvəl bu mövqeyi bir daha təkrarladı.

İlham Əliyev Vladimir Putinlə ikitərəfli görüşün başlanğıcında da münaqişənin həddən artıq uzandığını qeyd edib status-kvonun dəyişməsinin, yəni Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin vacibliyini vurğuladı. Lakin müzakirələrin ilkin nəticələri münaqişənin həllinə dair real danışıqlar prosesinin bu dəfə də başlamadığını deməyə əsas verir.

Görüşləri izləyən Rusiya jurnalistləri qeyd edirlər ki, İlham Əliyev və Serj Sərkisyan Sankt-Peterburqa praktiki olaraq eyni vaxtda çatmışdılar. Onların uzun kortejləri bir-birinin ardınca görüşlər üçün nəzərdə tutulmuş Konstantin sarayına doğru istiqamət alıb. Nümayəndə heyətləri onlar üçün nəzərdə tutulmuş kottejlərdə yerləşdirilib. Tərəflərə proqram əvvəlcədən məlum idi. Əvvəlcə Putin Sərkisyanla təkbətək görüşüb, Əliyev neytral ərazidə gözləyib. Sonra onlar yerlərini dəyişiblər.



Putin-Sərkisyan və Putin-Əliyev görüşləri üçün protokol xidməti yarım saat nəzərdə tutsa da hər görüş təxminən saat yarım çəkib. Sonra Putinin iştirakı ilə üçtərəfli görüş başlayıb. Köməkçilərin və xarici işlər nazirlərinin iştirakı olmadan keçirilən bu görüş 1 saata yaxın çəkib, ardınca prezidentlər yemək masası arxasında söhbəti davam etdiriblər.

Rusiya KİV-ləri Əliyevlə Sərkisyanın sifətlərindəki gərgin ifadədən söhbətin çətin keçdiyini təxmin ediblər. Onlar görüşün əvvəlində bir-birlərinə əl verməyiblər və protokol xatirinə salamlaşmayıblar. Lakin erməni mənbələri Əliyevlə Sərkisyanın Konstantin sarayının qapısı ağzında Putinin fonunda sanki məcburən əl sıxdıqlarını əks etdirən foto yayıb.

Görüşün nəticələrini hər iki tərəfdən xarici işlər nazirləri müsbət qiymətləndirib, müzakirələrin konstruktiv keçdiyi qeyd olunub. Növbəti görüşün nə vaxt baş tutacağına dair hər hansı açıqlama isə verilməyib.

Beləliklə, Sankt-Peterburq görüşünün boşuna vaxt itkisi olmadığı ancaq o zaman təsbit oluna bilərdi ki, heç olmasa yaxın həftələrdə münaqişənin mərhələli həllini nəzərdə tutan müddəalar üzrə konkret danışıqlar başlasın. Tərəflər Azərbaycan ərazilərinin işğaldan azad edilməsini də nəzərdə tutan konkret sənəd, sülh təklifləri üzərində nəhayət işə başlasınlar və bu danışıqlar iki-üç aydan bir, yaxud ildə bir-iki dəfə baş tutan yüksək səviyyəki görüşlər formasında aparılmasın. Daha intensiv xarakter alsın və daha 20 il uzanmasın...(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar