Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçaylılar icra başçısından cana doyublar...


Mənsur Məmmədovun onların halalca torpaqlarını mənimsədiyini iddia edirlər


PİA.AZ xəbər verir ki, Göyçay rayonunun Cəyirli kəndi sakinləri tərəfindən Moderator.az-a aşağıdakı müraciət daxil olub:

Göyçay  rayon İcra başçısı Mənsur Məmmədovun və  Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyevin qanunsuz əməlləri nəticəsində haqq-halal torpaqlarımızdan məhrum edilməyimiz  və bununla əlaqədar Prezident Administrasiyasına qəbula gedib şikayət edəcəyimiz  barədə 08.08.2014-cü il tarixdə mətbuatdakı müraciətimizdən sonra bizi qəbul edib söz verib aldatdılar. 

Belə ki, müraciətimizdən sonra Göyçay rayon İcra Hakimiyyətndə Ədalət müəllim  bizi qəbul edib Mənsur Məmmədovun məzuniyyətdə olduğunu və gəlib tez bir zamanda məsələni həll edəcəyini, telefonla zəng edib bildirdiyini bizim nəzərimizə çatdırdı. Biz torpaqları zəbt edilmiş sakinlər də inanıb 11.08.2014-cü il tarixdə Prezident Administrasiyasına qəbula getmədik. 
Ancaq icra başçısı xarici ölkədən istirahətdən qayıdan kimi bizi qəbul edib həbs etdirəcəyi ilə hədələyb "Sizin heç bir torpağınız yoxdur, torpaqların sahibi var, gedin hara istəyirsiniz şikayət edin, onsuz da  şikayətlər icra olunması üçün bura göndəriləcək" dedi. 

Bildiririk ki, bizim qanunu əmlak pay torpaqlarımız icra başçısının və Torpaq Şöbəsinin müdirinin saxta sənədləri ilə zəbt olunub ki, bunu təsdiq edən məhkəmə qərarlarımız var. Ancaq həmin məhkəmə qərarlarının icra edilməsinə rayon rəhbəri  Mənsur Məmmədov qadağa qoyub. Deyir ki, Ali Məhkəmənin qərarı yox, mənim sözüm əsasdır.

 06 sentyabr 2012-ci il tarixli Ali Məhkəmənin qərarının icrasına düz iki ildir ki, Mənsur Məmmədov icazə vermir, mane olur. Hansı ki, həmin qərarda  torpağımızın zəbt olunması göstərilib və dərhal bizə qaytarılması qət edilib. 

İcra başçısı Mənsur Məmmədovun qanunsuz əməlləri nəticəsində uzun illərdi halal torpaqlarımızı əkib-becərə bilmirik ki, buna görə yoxsul vəziyyətə düşmüşük, çox ağır maddi durumdayıq. Kəndlinin çörəyi torpaqdan çıxır. 

Biz 29.09.2014-cü il tarixdə Prezident Administrasiyasına qəbula gedəcəyik.İnanırıq ki, bizi qəbul edib dərdimizi dinləyib, rayon rəhbərliyi tərəfindən başımıza gətirilən qanunsuzluq barədə Prezident  cənab İlham  Əliyevə məlumat veriləcək və bizə kömək olunacaq. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik. 

Cənab Prezident, Sizdən xahiş edirik icra başçısı Mənsur Məmmədovun və Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyevin saxta sənədləri ilə zəbt edilmiş qanuni pay torpaqlarımızın özümüzə qaytarılmasına köməklik edəsiniz. Biz Sizə inanırıq. Xahiş edirik bizi qəbul edin.Əlaqə telefonu 
 051 790-26-36

İmza : Quliyev Nahid Şakir oğlu 
           Feyzullayev Rahim  Zülfü oğlu 
            Quliyev Əlisəfa Bilal oğlu 
             Adgözəlov Vahid Arif oğlu 
             Feyzullayev Zülfü Abdurəhman oğlu 
             Adgözəlov Qurban Arif oğlu 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar