Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göygöldə YAP üzvü ölümlə hədələndi



Müdirindən şikayət edən YAP üzvünü ölümlə hədələdilər; “ƏDİRƏF” MMC-nin sahibi Fəridə Allahverdiyeva: “Onun basıb gözünü çıxararam, boğub öldürərəm”


Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində çalışan YAP üzvü Şahin Məmmədov korrupsiya əleyhinə çıxdığı üçün vəzifəsindən azad olunub. İndiyə qədər dəfələrlə aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, hakim partiya üzvünün şikayətinə baxılmayıb. 

Bu barədə musavat.com-a danışan Şahin Məmmədov başına gələnləri belə nəql edib: “Göygöl Rayon İcra Hakimiyyəti bilərəkdən rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyətini ört-basdır edir. Korrupsiya faktları barədə müraciətlər etdiyimə, dövlət büdcəsindən ayrılan vəsaitlərin bədxərcliklə xərcləndiyini bildirdiyimə, dövlət mənafeyini müdafiə etdiyimə görə Ş.Hümbətovanın heç bir qanuna əsaslanmayan, şər-böhtanla dolu təqdimatı əsasında 17 iyul 2014-cü ildə mədəniyyət və turizm nazirliyinin əmri ilə dövlət qulluğuma xitam verildi. Bir dəfə də olsun xəbərdarlıq almamışam”.

Şikayətçi deyir ki, bununla bağlı Maliyyə Nazirliyinə müraciət edib. Cavab aidiyyəti üzrə icra hakimiyyətinə göndərilib: “Həmin müraciət əsassız hesab olundu. Deməli, ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır? Bilərəkdən korrupsiya faktlarının üzərindən keçilir. 

Şərqiyyə Hümbətova oğlu Ceyhun Hümbətovu rayonun Gənclər və İdman İdarəsində məsləhətçi vəzifəsinə təyin etdirib. O, tarix fakültəsini bitirib. Onun oğlu olduğu üçün heç bir imtahan vermədən həmin vəzifəni tutub. Bütün bu hallara icra hakimiyyəti susur".
Şahin Məmmədov bildirir ki, Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyeva, həm də “ƏDİRƏF” MMC-nin sahibidir: “”ƏDİRƏF" MMC rayonun Mədəniyyət və Turizm Şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır. Həmin müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəsaiti israf edilir. Bildiyiniz kimi, Dövlət Qulluğu haqqında qanuna görə, dövlət qulluqçusu sahibkarlıqla məşğul ola bilməz. Bütün bunları ifşa etdiyim üçün vəzifədən azad edildim".
Şikayətçi Şərqiyə Hümbətova tərəfindən məhkəməyə verildiyini də qeyd etdi: “Hümbətova məni xüsusi ittiham qaydasında məhkəməyə verib. Səbəb KİV-də ona rüşvətxor deməyimdir. Hazırda proses gedir. Nəticəni bilmək olmaz. Mənə qarşı irəli sürülən ittihamın geri götürülməsi ilə bağlı vəsatət vermişəm”.

Şikayətçinin sözlərinə görə, Ş.Hümbətova “Təzadlar” qəzetinə verdiyi müsahibədə onun barəsində “dəli, psixdir. Başı çatmır” ifadələrini işlədib: “Mən də məhkəməyə vermişəm. Hazırda Şərqiyyə Hümbətova müraciətlərimi davam etdirdiyimi görüb, məni birdəfəlik susdurmaq üçün barəmdə Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə cinayət işinin açılması üçün məhkəmədə iddia qaldırıb”. 

“Ş.Hümbətova mənə bildirir ki, iddiasını bir şərtlə geri götürə bilər. Gərək mən onun barəsində etdiyim çıxışlarla bağlı təkzib verəm və işə bərpa olunmağımla bağlı verdiyim məhkəmə iddiasını geri götürəm. Bilir ki, məni əsassız olaraq işdən azad etdirib. Mənə atdığı şər-böhtana görə cavab verməli olacaq. İşçilərə təzyiq edib əleyhimə akt yazdırması üzə çıxacaq. Necə olur ki, məzuniyyətə çıxarkən özü mənə mükafat yazır, məzuniyyətdən qayıdan kimi, işdən azad edilməyimə çalışır? Məzuniyyətdə olan birisi necə oldu ki, verilən tapşırıqları yerinə yetirmədi” - deyə o, sual edir. 

Şahin Məmmədov aidiyyəti orqanlara səslənib: “Qəzetiniz vasitəsilə dövlət qurumlarına müraciət edirəm. Cənab prezidentin korrupsiyaya qarşı apardığı mübarizəyə dəstək olduğum üçün, bu qədər təzyiqlərə məruz qalıram. Bu qədər haqsızlıq olmaz. Göstərilən faktlara baxılsın. Bu faktdır. Nə vaxtadək Ş.Hümbətova cəzasız qalacaq? Mənim başıma gətirilən hadisələrdən xəbərdar olan heç bir dövlət qulluqçusu korrupsiyaya qarşı mübarizə aparmayacaqdır”.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini öyrəndik.

Şərqiyyə Hümbətova barəsində səsləndirilən ittihamların şər-böhtan olduğunu bildirdi: “Bu barədə ”Təzadlar"a fikrimi demişəm. Yazılanların hamısı böhtandır. Onun şikayəti əsasında nazirlikdən yoxlama gəlib. Bütün aidiyyəti orqanların yoxlaması aparılıb. Günahım olsaydı çoxdan cəzamı alardım. Günahkar Şahinin özüdür ki, işdən azad olunub. Onun dedikləri yalandır. Onun yazdıqlarının heç biri öz təsdiqini tapmayıb".

Yazıda adıçəkilən digər şəxs Fəridə Allahverdiyeva Şahin Məmmədovu tanımadığını və onun adını hallandırdığına görə şikayətçini hədələdi: “Onu tanımıram. Əlimə keçsə, boğub yerə vuraram.  Onu axtarıram. Məni haradan tanıyır ki, haqqımda boş-boş danışır. Onun Şərqiyyə ilə prinsipi var. Bunun mənə nə dəxli? Heç salamım belə yoxdur. Adamın boğazını üzərlər. Onun basıb gözünü çıxararam”.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar