Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göygölün icra başçısı ilə bağlı şok iddia



Arif Seyidov şikayətçiləri otağında təhqir edərək, qovur...


Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır. Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər. 

Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov da məhz vəzifəsindən sui-istifadə edən bu dırnaqarası icra başçılarının siyahısında ön sıralarda gəlir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb digər həmkarları kimi sonradan ikinci təhsil alaraq icra hakimi postuna yiyələnən Arif Seyidovun əməlləri artıq rayon camatının əsəblərini tarıma çəkib. Bəs maraqlıdır Seyidov Arif Akif oğlu bu vəzifəyə gəldikdən sonra əhalinin rifah halının yaxşılaşdırılması üçün hansı tədbirləri görüb? Əlbəttə ki, bu suala ən doğru cavabı məhz Göygöl rayonunun yerli camaatı verər. 

Əhali içərisində apardığımız qısa sorğu zamanı bəlli oldu ki, İcra hakiminin qəbuluna düşmək çox müşkül məsələdir. Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar. Hər şeyin nə zamansa bir sonu olduğuna inanan rayon əhli səslərini çıxartmadan acı taleləri ilə barışırlar. 

Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir. Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir. Həmçinin rayonda bir neçə il bundan əvvəl və keçən il Narkomaniyaya qarşı Mübarizə İdarəsinin apardığı tədbirlər zamanı həbs olunan şəxslər icra başçısının yaxın qohumları çıxıb. Bütün bunlar sübut edir ki, İcra başçısı Arif Seyidov rayonda “bütün sahələri” nəzarətdə saxlaya bilir. 

Maraqlıdır ki, bütün bu baş verənlərdə mərkəzdə dayanan icra başçısı cəzasız qalır. Heç kimə sirr deyil ki, icra başçılarının ən böyük yeyinti yerləri abadlıq işlərinin aparılması ilə bağlıdır. Lakin bəzən xərclənən vəsaitlər arasında elə məbləğlərə rast olunur ki, adamın özü belə çaş-baş qalır. Çünki peşəkar olub-olmamasından asılı olmayaraq, sərf olunan məbləğ adamda qeyri-adi heyrət hissi yaradır. Hər şey o qədər kobud həyata keçirilir ki, istər-istəməz korrupsiya adamın üzünə sıçrayır. Ötən il icra başçısı Arif Seyidovun 5 nəfərin ölümü ilə nəticələnən saxtakarlığından sonra bəziləri icra başçısının artıq Göygöl rayonu barədə düşünəcəyini fərz etsələr də bu elə fərziyyə olaraq da qaldı. İndi hamıya maraqlıdır ki, Arif Seyidov və onun əlaltılarının heç bir hüquqi əsasa sığmayan bu saxtakarlıqları nə vaxta qədər davam edəcək?!(editor.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar