Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözlənilən rəzalət başımıza gəlir?


Sumqayıtda yasda yemək verməyə görə rüşvət istənilir. Bu barədə jurnalist Elçin Həsənov Facebookda məlumat yayıb...


Jurnalist iddia edir ki, Eldar Əzizov bu iş üçün müavinlərindən birini ayırıb və ehsana görə 600 manat tələb olunur.

Bir müddət əvvəl hökumət Azərbaycanda xeyir və şər məclislərində israfçılığı əsas gətirərək bəzi addımlar atmaq qərarına gəlmişdi. Xüsusən də yas məclislərində ehsan süfrələrinin açılmasını önləmək üçün yerli İcra Hakimiyyətlərinə tövsiyyələr və tapşırıqlar verilmişdi. 

Qeyd edək ki, bu tapşırıqdan sonra bir sıra icra başçıları hədləri aşaraq, yas məclislərinə basqınlar təşkil etdirir, ehsan süfrələrinin açılmasına əngəl olurdular. Onlar məclisə gələnlərə yalnız çay, xurma və halva verilməsini tövsiyyə etmək əvəzinə, bunun zorla təqdim edilməsini tələb edirdilər. 

Bildirək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu təşübbüsünü artıq qazanc mənbəyinə çevirənlər də tapılıb. JAM.AZ xəbər verir ki, jurnalist Elçin Həsənov Facebookda məlumat yayıb ki, Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərdə yas məclisində yemək vermək istəyən hüzür sahiblərindən 600 manat rüşvət istəyir. Onun iddiasına görə, belə hallar artıq Sumqayıtda adi hala çevrilməyə başlayıb. «Keçən həftə Sumqayıtda yası düşən bir tanışım danışır ki, yaxın adamlarının il məclisini keçirirmişlər. Tanışım daşınır ki, ona yaşadığı ərazinin MİS sədri gizlicə deyib ki, əgər yasda yemək-içmək vermək istəyirsə, bunun üçün İcra Hakimiyyətində bu işə baxan müavini «görmək» lazımdır. Həyətdəki xeyir-şər evində yemək-içmək verməyə icazə almaq üçün İcra Hakimiyyətində ondan 600 manat istəyiblər. Onların sözlərinə görə, bunun 300 manatı müavinə, 300 manatı isə icra başhçısı Eldar Əzizova çatacaq. Amma həmin şəxs bundan imtina edib». 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar